İngiltərə Futbol Federasiyasından qadağa

İngiltərə Futbol Federasiyasından qadağa
XƏBƏR 18 Dekabr 2011 / 00:01 1644
-  A +

İngiltərə Futbol Federasiyası (İFF) milli komandanın futbolçularına qadağa qoyub.

Qol.Az-ın məlumatına görə, federasiya 2012-ci ildə keçiriləcək Avropa çempionatında iştirak edəcək futbolçuların London Olimpiadasında forma geyinməyəcəyini açıqlayıb.

Buna səbəb kimi isə bütün mövsüm boyunca öz klublarında çıxış edən futbolçuların sağlamlıqlarını qoruması göstərilir.

İngiltərə ilk dəfə olaraq London Olimpiadasına "Britaniya" adı altında ingilis, şotland, uelsli və şimali irlandiyalı futbolçulardan ibarət bir komanda ilə qatılmağı planlaşdırır.

Qeyd edək ki, Ukrayna və Polşada təşkil olunacaq Avropa çempionatı 8 iyun - 1 iyul, London Olimpiadası isə 25 iyul - 11 avqust tarixlərində keçiriləcək.


Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner