Dünən “Sərhədçi” Olimpiya idman mərkəzində Ümumdünya Boks Seriyasının (WSB) 5-ci turunun "Baku Fires" (Azərbaycan) və "Mexico City Guerreros" (Meksika) komandaları arasında keçiriləcək matça həsr olunmuş çəki mərasimi və mətbuat konfransı keçirilib.
Qol.Az-ın məlumatına görə, ilk olaraq WSB-nin supervayzeri Adam Kusior giriş nitqi ilə çıxış edib: “Artıq ikinci dəfədir ki burdayam. "Leipzig Leopards"la ötən döyüş zamanı Bakıda idim. Meksika komandası ilə üçüncü dəfə qarşılaşıram. Düşünürəm ki, bizi yaxşı döyüşlər gözləyir”.
Daha sonra isə çəki mərasimi başlayıb. Mərasimdə "Mexico City Guerreros"un iki boksçusu - meksikalı Aaron Alameda və ekvadorlu Xorxe Kuinonyes iştirak edə bilməyiblər. Viza ilə əlaqədar onlar Bakıya sabah səhər gələcəklər.
Çəki mərasimdən sonra "Baku Fires"in baş meneceri Rizvan Gənciyev, komandanın baş məşqçisi Həmzət Ağayev, "Mexico City Guerreros"un baş meneceri Mariana Kabalyero və qonaqların məşqçisi Gilyermo Bekerrilin iştirakı ilə mətbuat konfransı baş tutub.
“Fürsətdən istifadə edərək Azərbaycan Boks Federasiyasının prezidenti, bizim rəhbərimiz, fövqəladə hallar naziri Kəmaləddin Heydərovu FHN işçilərinin peşə bayramı münasibətilə təbrik edirəm. Bizi ağır qarşılaşma gözləyir. Ümid edirəm, beşinci qələbəni qazana və ili major notlarla bitirə biləcəyik" - deyə Rizvan Gənciyev bildirib.
Daha sonra isə komandamızın baş məşqçisi Həmzət Ağayev danışıb: "Məlum olduğu kimi, WSB-də transfer pəncərəsi dekabrın 20-də açılır. Güclənməyi planlaşdırırıq. Azərbaycan çempionatının döyüşlərini izləyəcək, boksçuları nəzərdən keçirəcəyik. Xarici boksçularla da danışıqlar aparılır, lakin hələlik konkret adlar çəkməyəcəyəm.
Artıq baş menecerimizin dediyi bayramla əlaqədar sabah inamlı və gözəl qələbə qazanacağımıza ümid edirik. Hesab necə olacaq? Boksçularımızın gözlərinə baxın. Bu gözlərdə hansı nəticəni görürsünüz?
Meksika komandası ilə döyüşə fəal surətdə hazırlaşmışıq. Rəqib barəsində çox şeyi bilirik. Onların güclü tərəfi yüngül çəkilərdir. "Mexico City Guerreros" möhkəm və yaxşı komandadır. Lakin boksçularımız əla hazırlıqlıdırlar və qalib gəlmək niyyətindədirlər".
“Baku Fires" və Bakı şəhərinə qonaqpərvərliyə görə minnətdarlığımızı bildiririk. Təəssüf ki, iki boksçumuz hələ gəlməyib. Lakin düşünmürəm ki, gec gəlmələri onlara təsir göstərəcək. Boksçular hazırdırlarsa, o zaman vəziyyətdən asılı olmayaraq qələbə qazanacaqlar” - deyə Mariana Kabalyero vurğulayıb.
Rəqibin baş məşqçisi Gilyermo Bekerril görüşlə bağlı bunları deyib: “Bəzi problemlərə baxmayaraq, bu matça hazırıq. Qələbəyə ümid edirik”.
Komandaların heyəti aşağıdakı kimidir:
"Baku Fires" – "Mexico City Guerreros"
54 kq. Qairbek Qermaxanov (Azərbaycan) – Aaron Alameda (Meksika)
61 kq. Mədadi Naqzibəyov (Tacikistan) – Xurşıd Tocibayev (Özbəkistan)
73 kq. Heybulla Mürsəlov (Azərbaycan) – Uilyam Uilyams (ABŞ)
85 kq. Azamat Murtuzəliyev (Azərbaycan) – Kennedi Katende (İsveç)
+91 kq. Hacı Murtuzəliyev (Azərbaycan) – Xorxe Kuinonyes (Ekvador)
Turnir cədvəli:
1. "Baku Fires" – 12 xal, döyüşlərin fərqi - 16-4 (4 matç)
2. "Leipzig Leopards" – 9, 13-7 (4)
3. "Mexico City Guerreros" – 7, 11-8 (4)
4. "Paris United" – 4, 5-9 (3)
5. "Beijing Dragons" – 3, 3-12 (3)
6. "İstanbul Bosphorus" – 2, 6-14 (4)
Qeyd edək ki, dekabrın 16-da “В” qrupunda daha iki matç baş tutacaq:
"İstanbul Bosphorus" (Türkiyə) – "Beijing Dragons" (Çin)
"Leipzig Leopards" (Almaniya) – "Paris United" (Fransa).
Premyer Liqada ən çox qol epizodunu onlar yaratdı
"Real" sabiq futbolçusunu geri qaytarır
Alman klubu "Mançester Siti"nin hücumçusu ilə maraqlanır
Avropada ən çox driblinqi kim edib?
İngiltərə klubunun sabiq futbolçusu vəfat etdi
"Bornmut"un müdafiəçisi nəhəng klubların hədəfində
"Difai"nin 5 qollu qələbəsindən - Video
Keyn, Haaland, Mbappe...
"Fənərbaxça" Şimanski ilə sağollaşır?
"Barselona" İngiltərə klubunun futbolçusuna göz dikdi
Mbappe də Mərakeşə yollanır
"Turan Tovuz"un qış hazırlıq planı müəyyənləşdi
"Karvan-Yevlax" legioneri ilə yollarını ayırdı
Maradonanın cırılmış forması rekord məbləğə satıldı
"Milan"ın çempion olmağı çətin görünür"
1-ci liqada ilin son oyunları keçirildi
İlin ən yaxşı qadın hakimləri - Siyahı
Qara Qarayev "Araz-Naxçıvan"la müqaviləsini ləğv etdi
“Barselona”nın transfer planı
Dünyanın ən bahalı heyətə malik klubları
İdmançılar təltif edildi - Prezidentdən Sərəncam
Bekhemlər ailəsində qalmaqal - Ata-anasını blokladı
Kurtuaya 90 milyonluq təklif