Əfran İsmayılov: "Bombardirlik haqda düşünmürəm"

Əfran İsmayılov: "Bombardirlik haqda düşünmürəm"
XƏBƏR 16 Dekabr 2011 / 18:09 3052
-  A +

"Vacib olan üç xal idi ki, Allahın köməkliyi ilə onu da, qazandıq. Lakin, qələbə qazanmağımıza görə arxayınlaşmamalıyıq. Qarşıdakı “Qəbələ” ilə oyuna daha yaxşı hazırlaşmalıyıq".

Bu sözləri Qol.Az-a açıqlamasında “Qarabağ” klubunun yarımmüdafiəçisi Əfran İsmayılov deyib:

"Rəvan"a vurduğu 2 qolla komandasına vacib qələbə qazandıran İsmayılov bu haqda belə danışıb: "Həmin qarşılaşmada qol vurmağı çox istəyirdim. Penaltidən yararlanmağımda Rəşad Sadiqovun əməyini vurğulamaq istərdim. Sağ olsun ki, o, mənə güvənərək penalti vurmağıma imkan yaratdı. İnanıram ki, növbəti oyunlarda da, “Qarabağ” qələbələri sıralayacaq".

Vurduğu qolların sayını beşə çatdıran Əfran öz çıxışını isə belə dəyərləndirib: "Bu, çox sevindirici olsa da, mənim üçün ən əsası komandamın qələbəsi və uğurlarıdır. Bombardirlik barədə o qədər də düşünmürəm".


Son xəbərlər