"Azərbaycan futboluna daim yeniliklər bəxş edən “Qəbələ” Futbol Klubu növbəti layihəsini həyata keçirir. Dünya futbolunun lideri “Barselona” klubu ilə qurulan əməkdaşlığın klubumuza verəcəyi fayda çox böyük olacaq”.
Qol.Az-ın məlumatına görə, bu sözləri "Qəbələ" Futbol Akademiyasının direktoru Ali Yavaş klubun rəsmi saytına açıqlamasında deyib.
Hazırda Qəbələdə Barselonadan gəlmiş üç mütəxəssis – Xosep Moratalla, Xavyer Aquado və Karles Martorellin iştirakı ilə keçirilən seminar haqda danışan akademiya direktoru bunun yerli məşqçilərin həm futbol biliklərinin artırılmasında, həm də sosial inkişaflarında ilk addım olmadığını bildirib:
“Bildiyiniz kimi, bu ilin fevral ayında İngiltərədə olduq. “Mançester Yunayted”, “Liverpul”, “Everton”, “Bləkbörn”, “Şeffild Yunayted” klublarının akademiya və stadionları ilə tanış olduq, ingilis mütəxəssislərlə fikir mübadiləsi apardıq. Onların futbola baxış şəkli, yeniyetmə və gənclərlə iş prinsipləri fərqlidir.
Əlbəttə ki, gördüyümüz ən xırda detal belə bizim üçün faydalıdır. Avropa klublarının fəaliyyəti ilə yaxından tanış olmaq bizim üçün müqayisə aparmaq baxımından çox önəmlidir. İngiltərə səfərimizdən sonra Ukrayna və Rusiyada bəzi turnirlərdə iştirak etdik. Xüsusilə, bu yaxınlarda Sankt-Peterburq şəhərinə səfərimiz zamanı “Ayaks” Futbol Akademiyasının məşqçilər korpusu ilə görüşümüzü qeyd etmək istərdik.
Dünya futboluna saysız-hesabsız ulduzlar bəxş etmiş hollandlara klubumuz haqqında məlumat verdik, eləcə də, onların fikirləri ilə tanış olduq. Eləcə də, bu ilin aprel ayında Türkiyənin Kuşadası şəhərində keçirilən beynəlxalq turnir zamanı təşkil olunmuş iki günlük seminarda da məşqçilərimiz iştirak etdilər. Xarici ölkələrə səfərlərimiz zamanı həm futbolçularımızın beynəlxalq təcrübələrini artırmaları, həm də azərbaycanlı məşqçilərin daha çox inkişaf etmələri üçün əlimizdən gələni əsirgəmirik".
Ali Yavaş xüsusilə vurğulayıb ki, hələ nəzərdə tutulan layihələrin başlanğıc mərhələsindəyik. Belə ki, qarşıdan gələn il ərzində məşqçilərin xarici ölkələrə uzun və qısamüddətli səfərləri təyin olunub ki, bunlar arasında həm İspaniya, həm MDB ölkələri, həm də Türkiyə klublarının düşərglərini ziyarət etmək nəzərdə tutulub:
"Bu yaxınlarda Ukraynanın “Şaxtyor” klubunun nümayəndələri şəhərimizdə səfərdə oldular. Səfər zamanı “Şaxtyor”un hollandiyalı akademiya direktoru tərəfimizdən təşkil olunan seminarda iştirak etdi, öz fikirlərini bizimlə bölüşdü. Hazırda Ukrayna təmsilçisi ilə qarşılıqlı əməkdaşlıq haqqında müzakirələrimiz davam edir. Təbii ki, azərbaycanlı məşqçilərimizin inkişafı üçün “Şaxtyor”la əməkdaşlıq ciddi əhəmiyyət kəsb edir. Ümumiyyətlə, qeyd etməliyəm ki, biz işlərimizi bütün müstəvilərdə kortəbii yox, peşəkar səviyyədə qururuq. Elə bu sahə də istisna deyil. Klub rəhbərliyinə təqdim etdiyimiz Məşqçi İnkişaf Proqramında anlatdıqlarımın hamısı öz əksini tapıb".
"Barselona” Futbol Klubunun oyun və məşq prinsiplərini məşqçilərimizə aşılayan bu seminarın çox vacib olduğunu deyən türkiyəli mütəxəssis klub rəhbərliyinə öz minnətdarlığını bildirməyi də unutmayıb: “Klubumuzun prezidenti Tale Heydərova şəxsən və məşqçi heyəti adından təşəkkürümü bildirirəm. Məhz bu cür layihələr sayəsində akademiyamızın yerli məşqçilərində hər keçən gün ciddi irəliləyiş olduğunu hiss edirəm. Ümidvaram ki, onlar bir neçə il daha çox təcrübə toplayacaqlar və ölkənin öndəgedən məşqçiləri sırasına daxil olacaqlar. Bunun üçün “Qəbələ” Futbol Klubunda hər cür şərait var".
"Sumqayıt"da braziliyalı qapıçı - Rəsmi
Onana daha bir mövsüm "Trabzonspor"da
"Kəpəz" yeni baş məşqçi ilə müqavilə imzaladı
"Əl-Nəsr"in yeni baş məşqçisi açıqlandı
Tunis millisinin 8 futbolçusunun dopinq testi müsbət çıxdı
"Zirə"dən yeni transfer
Yamal: "Qardaşım mənim üçün oğlum kimidir"
Tanınmış futbolçu "Fənərbaxça"da - Rəsmi
“Qarabağ”ın oyununa bilet satışı müvəqqəti dayandırıldı
Ter Ştegenin yeni klubu bilindi
“Araz-Naxçıvan”da yeni məşqçi təyinatı
“Qarabağ”dan bu yayın 7-ci transferi - Rəsmi
Rafinya Norveçlə oyunu buraxacaq
"Bavariya"dan 55 milyon avroluq transfer
“Qarabağ” - “Vestri” oyununun biletləri satışda
Cavid Hüseynovun köməkçiləri müəyyənləşdi
“Top saçıma toxunduğu üçün ofsayd qərarı verildi”
Naqelsmanın istefasının səbəbi açıqlandı
Deşamdan Mbappeyə hədiyyə - Video
Kevin Medina yeni klubunda təqdim olundu - Şəkillər
“Kəpəz”ə yeni rəhbər seçilib
Misir millisinin baş məşqçisi ilə polis arasında insident
Komandası ilə vidalaşdı, “Qarabağ”a qoşuldu
Ronaldo eyvana çıxıb azarkeşləri coşdurdu - Video
"Şəfa" Premyer Liqa üçün hazırlığa start verdi - Şəkillər
Alleqrinin yeni klubu rəsmiləşdi
Britaniya futbolu tarixinin ən bahalısı oldu