Rusiyanın paytaxtı Moskvada keçirilən boks üzrə tələbələr arasında Avropa çempionatının finalçıları məlum olub. Qol.Az-ın məlumatına görə, yarımfinal mərhələsinin döyüşləri Azərbaycan idmançıları üçün uğursuz olub.
Rinqə çıxan 5 boksçumuzun hamısı məğlubiyyətlə üzləşib. Lakin Şaban Şahpələngovla (56 kq) Rauf Rəhimovun məğlubiyyətində hakimlərin də “rol”u olub. 2010-cu ilin gənclər arasında dünya çempionu Şahpələngovun ukraynalı Dmitri Rudenkoyla görüşü 11:11 hesabı ilə başa çatsa da, hakimlər qələbəni rəqibə veriblər. Boksçumuz bürünc medal uğrunda görüşdə fransalı Nurəddin Ait İhya ilə qarşılaşacaq.
Rauf Rəhimov da eyni aqibətlə üzləşib. Bu il gənclər arasında Avropa çempionu olan boksçumuzun Rusiya təmsilçisi Tahir Pirdamovla qarşılaşması 9:9 hesabı ilə başa çatıb. Ancaq hakimlər qələbəni yerli idmançıya veriblər. Rəhimov bürünc medal qazanmaq üçün Ukrayna təmsilçisi Ənvər Tuxtarovu məğlub etməlidir.
52 kq çəki dərəcəsində yarışan Kamran Məlikov yarımfinalda Ukrayna boksçusu Denis Yaşuka 12:16 hesabı ilə məğlub olub. O, 3-cü yer uğrunda görüşdə Moldova nümayəndəsi Dmitri Suxodolski ilə üz-üzə gələcək. Elnur Zeynalov (64 kq) da finala vəsiqə qazana bilməyib. Həmyerlimiz yarımfinalda rusiyalı Ruslan Urixə 10:18 hesabıyla uduzub. Boksçumuzun bürünc medal uğrunda rəqibi Moldova idmançısı Violin Berzoy olacaq. Superağır çəki dərəcəsində mübarizə aparan Fərid Paşayev isə yarımfinalda yunanıstanlı Yevgenios Lazaridisə 8:13 hesabıyla uduzub. O, dekabrın 15-də rusiyalı Stepan Vinnikovu məğlub edə bilsə, 3-cü yerin sahibi olacaq.
Qeyd edək ki, əsasnaməyə görə, yarımfinalda uduzan boksçulara birbaşa bürünc medal verilmir. Onlar 3-cü yer tutmaq üçün əlavə görüş keçirməli olurlar.
Mənbə: Lent.az
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi
Türkiyə Fransaya, İtaliya Belçikaya uduzdu
Mikels millidə debütunu qolla qeyd etdi
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında