"Rabitə" İstanbulda darmadağın oldu

"Rabitə" İstanbulda darmadağın oldu
XƏBƏR 16 Dekabr 2011 / 00:18 2076
-  A +

Ötən gün Azərbaycanın qadın voleybolçularından ibarət "Rabitə" klubu Çempionlar Liqasında növbəti matçına çıxıb.

Qol.Az-ın məlumatına görə, Zoran Qayiçin komandası bu dəfə səfərdə Türkiyənin "Fənərbaxça" klubunun qonağı olub.

Lakin təmsilçimiz bu oyunda rəqibinə heç bir müqavimət göstərə bilməyib. Hər üç setdə qələbə qazanan Türkiyə təmsilçisi sonda böyükhesablı qələbəyə sevinib - 3:0.

Qeyd edək ki, "Fənərbaxça" klubu "Rabitə"ni məğlub etməklə "play-off"a da vaxtından əvvəl vəsiqə qazanıb.



15 dekabr

"Fənərbaxça" (Türkiyə) - "Rabitə" (Azərbaycan) - 3:0 (25:20, 29:27, 25:18)

 

"Fənərbaxça"    3 3 0 9-0 229-178 9
"Rabitə"           3 3 0 6-3 215-190 6
"Myulhaus"       3 1 2 3-7 196-240 3
"Dresdner"        3 0 3 1-9 208-204 0


Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner