Milli komandamızın baş məşqçisi: "Qrupdan çıxmaq şansımız var"

Milli komandamızın baş məşqçisi: "Qrupdan çıxmaq şansımız var"
XƏBƏR 15 Dekabr 2011 / 23:24 1962
-  A +

«Birinci hissədə yaxşı oynadıq. Amma Xorvatiya yığması yaxşı komandadır. İkinci hissənin ilk 10 dəqiqəsində də yaxşı təsir bağışladıq. Təəssüf ki, qol vəziyyətlərindən yararlana bilmədik”.

Qol.Az-ın məlumatına görə, bu sözləri Xorvatiya ilə matçdan sonra jurnalistlərə açıqlamasında futzal üzrə milli komandamızın baş məşqçisi Joze Alesio deyib.

Braziliyalı mütəxəssis məğlubiyyətə baxmayaraq, millimizin qrupdan çıxmaq şansının olduğunu bildirib.

Qeyd edək ki, milli komandamız dünya çempionatının seçmə mərhələsinin ilk oyunu çərçivəsində Xorvatiyaya 1:3 hesabı ilə məğlub olub.

Mənbə: affa.az
 

Son xəbərlər