"Barselona" dünya çempionatının finalında "Santos"a rəqib oldu

"Barselona" dünya çempionatının finalında "Santos"a rəqib oldu
XƏBƏR 15 Dekabr 2011 / 16:28 2955
-  A +

Yaponiyada təşkil olunan klublararası dünya çempionatında ikinci finalçı da müəyyənləşib.

Qol.Az-ın məlumatına görə, Braziliyanın "Santos" klubunun ardından "Barselona" da adını finala yazdırıb.

Qətərin "Əl Sədd" klubu ilə qarşılaşan Kataloniya təmsilçisi rəqibinə heç bir şans verməyib. İlk hissədə 2 qol vuran "Barselona" fasilədən sonra daha iki dəfə fərqlənməklə möhtəşəm qələbə qazanıb - 4:0.

Qeyd edək ki, dünya çempionatının finalında baş tutacaq "Barselona" - "Santos" görüşü isə dekabrın 18-də keçiriləcək.


Son xəbərlər