AFFA-nın 15 yaşadək futbolçular arasında təşkil etdiyi Azərbaycan çempionatında Mikayıl Müşfiq adlı futbolçunun çıxış etdiyi müəyyənləşib. Lent.az-ın məlumatına görə, məşhur şairin ad-soyadını daşıyan oyunçu “Neftçi”nin 15 yaşlılardan ibarət komandasının formasını geyir.
Məşqçi Arif Abbasovun rəhbərliyi altında oynayan Mikayıl Müşfiq çempionatın X turunda “Bakı 008”in qapısına qol vurub. Görüş isə “Neftçi”nin böyük hesablı qələbəsi ilə yekunlaşıb – 10:0.
Kiçik araşdırma nəticəsində futbolçunun əslində Mikayıl Müşfiq yox, Mikayıl Müşfiqoğlu ad-soyadına malik olduğu üzə çıxıb. Bu barədə Lent.az-a onun atası Müfiq məlumat verib. Cəbrayıl rayonundan məcburi köçkün olan 37 yaşlı Müşfiq II qrup Qarabağ əlilidir. 1990 – 1993-cü illərdə sıravi əsgər kimi hərbi xidmətdə olub. 1993-cü ildə Cəbrayılın Süleymanlı kəndi uğrunda döyüşlərdə qrad mərmisi onun ayağına ciddi xəsarət yetirib. Hazırda Müşfiqin bir ayağı protezdədir. Deyir ki, yaralanmasından 15 gün sonra – avqustun 23-də Cəbrayıl ermənilər tərəfindən işğal olunub.
“Mövzudan çox uzaqlaşdıq” söyləyən atasının sözlərinə görə, oğluna Mikayıl adını heç də dahi şairə görə verməyib. Sadəcə, Müşfiqin ata babasının adı Mikayıl olub. Doğum haqqında şəhadətnamə alarkən, Müşfiq oğlunun ad-soyadını Mikayıl Müşfiqoğlu kimi yazdırıb. Amma AFFA-da lisenziyadan keçirildiyi vaxt “oğlu” soyadlı digər futbolçularda olduğu kimi, Mikayıl Müşfiqoğlunun da soyad sonluğundan “oğlu” sözü götürülüb. Beləliklə, AFFA “Neftçi”yə Mikayıl Müşfiq bəxş edib.
Amma bu futbolçunun gələcəkdə öz oyunu ilə məşhurlaşmaq şansı da az deyil. Hücumçu mövqeyində çıxış edən Mikayıl indiyədək 15 yaşlılar arasındakı çempionatda 6 qol vurub. O, ən gözəl qoluna iki həftə öncə “Qəbələ” ilə görüşdə uzaq məsafədən dəqiq zərbə ilə imza atıb.
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi
Türkiyə Fransaya, İtaliya Belçikaya uduzdu
Mikels millidə debütunu qolla qeyd etdi
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında