"Qarabağ" - "Rəvan" oyununda Qədir Rüstəmovun xatirəsi anılacaq

XƏBƏR 15 Dekabr 2011 / 11:25 2367
-  A +

Unibank Premyer Liqasının sabah Quzanlı qəsəbəsi stadionunda keçiriləcək "Qarabağ" - "Rəvan" oyunundan əvvəl dünyasını dəyişən Azərbaycanın görkəmli xanəndəsi Qədir Rüstəmovun xatirəsi anılacaq.

Qol.Az-ın məlumatına görə, oyundan əvvəl Qədir Rüstəmovun xatirəsi bir dəqiqəlik sükutla yad olunacaq.

Qeyd edək ki, əslən Ağdam rayonundan olan Qədir Rüstəmov iki ay müalicə olunduğu İstanbulun Acıbadəm xəstəxanasında dünən, 76 yaşında dünyasını dəyişib.


Son xəbərlər