Bazar günü “Xəzər Lənkəran”la “Standard” arasında keçiriləcək premyer-liqanın XX tur oyunundan öncə Lənkəran şəhər mərkəzi stadionunun ərazisində inşa edilmiş yeni təlim-məşq mərkəzinin açılış mərasimi keçiriləcək. Klubun rəsmi saytının yaydığı məlumata görə, yeni qurğu klub və komanda üzvlərinin, eləcədə qonaqların yerləşdirilməsi üçün nəzərdə tutulmuş 4 mərtəbəli binadan, böyük hovuz (30m x 17m), sauna və trenajor zallarından, 60 nəfərlik yeməkxanadan ibarətdir. Binanın 5-ci mərtəbəsində yay kafesi fəaliyyət göstərəcək. Burada həmçinin bilyard və tennis masaları yerləşdiriləcək ki, sakinlər boş vaxtını fəal istirahətə həsr edə bilsinlər.
Mərkəzin binasında 43 otaq olacaq - bunlardan biri prezident otağı, 14-ü lüks tipli otaq, digərləri isə adi iki nəfərlik otaqlardır. Futbolçuların sağlamlığı, fiziki hazırlığı və zədəsonrası bərpası prosesinə xüsusi diqqət ayırmaq məqsədilə mərkəzdə xüsusi avadanlıqlarla təhciz edilmiş müayinə, fizioterapiya və masaj otaqları fəaliyyət göstərəcək.
Mərkəzin ərazisində yaşıllıq salınıb, süni şəlalə qurulub.
Mərkəz yüksək sürətli İnternet xətti ilə də təmin edilmişdir. Yeri gəlmişkən, bundan sonra Lənkəran şəhər mərkəzi stadionunda da heç bir internet problemi olmayacaq.
Beləliklə, bundan sonra “Xəzər Lənkəran” oyunlara yeni, daha müasir və bir çox beynəlxalq standartlara cavab verən təlim-məşq mərkəzində hazırlaşa biləcək.
Açılış mərasimi saat 14.00-da keçiriləcək və tədbirə bir sıra ünlü şəxslər, o cümlədən “Xəzər Lənkəran” klubunun fəxri prezidenti Mübariz Mənsimov və AFFA prezidenti Rövnəq Abdullayev də dəvət ediliblər.
“Sabah”a uduzduqdan sonra komandasını tənqid etdi
“Qarabağ” “Sabah”ı təbrik etdi
Bravo, “Sabah”!
Azərbaycan millisi “Antalyaspor”a qalib gəldi
"Qalatasaray" - "Barselona" matçının heyətləri açıqlandı
Kahim Perris Azərbaycan futbol tarixinə düşdü
Premyer Liqa klubları zərərlə işləyir
"Bu söhbətlərdən yorulmuşam"
“Real” La Liqanın oyun təqvimindən narazı qaldı
Azarkeşlər son anda qadağa ilə üzləşdi
"Sabah" - "Slaviya" matçının heyətləri açıqlandı
Danimarkanın tanınmış klubu satıla bilər
“Fənərbaxça” ilə oyun öncəsi “Aston Villa”da itkilər
“Yuventus” Ronaldo ilə bağlı qərardan şikayət etdi
"Sabah"ın U-19 komandası "Slaviya"ya uduzdu
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı
A Seriyasında daha bir baş məşqçi istefası
Azərbaycan millisi dünya çempionatına heç-heçə ilə başladı
“Borussiya” Niko Kovaçla müqaviləni uzatdı
Əliyar Ağayev və Elçin Məsiyev Avroliqaya təyinat aldılar
İnfantino milyonlarla dollar mənimsəyib - İddia
Dani Karvahalın yeni klubu açıqlandı
ÇL-in oyunları bu kanallarda
“Sabah” - "Slaviya" oyununa - Böyük maraq
Misli Premyer Liqası klubu baş məşqçini istefaya göndərdi
Haalandın "Barselona" arzusu
AFFA "Neftçi"ni 5 min manat cərimələdi
Azərbaycan güləşçisi dünya çempionatının finalında
Azərbaycanlı hakim “Roma” - “Real” oyununu idarə edəcək
Ukrayna millisi Gürcüstanı harada qəbul edəcək?
La Liqa klubunda yeni baş məşqçi
Ronaldo 981-ci qolunu Özbəkistan “Neftçi”sinə vurdu
“Traktor” ÇL-də ilk xalını qazandı
“Atalanta”dan 3 qollu qələbə - Video
Superliqada 7-ci tura yekun vuruldu
“Mançester Yunayted” Madridə 2 futbolçusuz yollandı
Flik “Qalatasaray” azarkeşlərindən danışdı
“Mançester Siti”nin qələbəsi gərgin anlarla yadda qaldı
“Qalatasaray” “Barselona” ilə oyuna itkilərlə çıxacaq
Ronaldo Messi ilə rəqabətindən danışdı
"Sabah"ın oyun üslubu "Barselona"nı xatırladır"