Premyer-liqanın son turlarında ardıcıl qələbələr qazanan “Standard” bu həftə sonu XX tur çərçivəsində “Xəzər-Lənkəran”la qarşılaşacaq. Qol.Az-ın məlumatına görə, paytaxt təmsilçisi bu oyuna da ciddi hazırlaşır. Rəqibin güclü olmasına baxmayaraq, Badri Kvaratsxeliyanın komandası uğurlu oyunlar seriyasını davam etdirmək əzmindədir. Komanda lənkəranlılarla oyuna gündəlik məşqlərlə hazırlaşır. Bununla belə, “Standard” “Xəzər-Lənkəran” önünə ciddi itkiylə çıxacaq. Komandanın aparıcı futbolçusu Angel Qutyerres qarşıdakı oyunu buraxacaq. Cənubi amerikalı futbolçu premyer-liqanın son turunda “Olimpik”lə matçda mövsümdə dördüncü sarı vərəqəsini almaqla cəzalı duruma düşüb. Əvəzində bir müddət idi zədəli olan Ronaldo Rodrigesin vəziyyəti hazırda qənaətbəxşdir. Futbolçunun "Xəzər-Lənkəran"a qarşı oynaması mümkündür.
Yamaldan növbəti rekord
"O, böyük sərvət xərclənəcək oyunçu deyil"
Osimheni ağladan təsirli koreoqrafiya - Video
"Sabah"dan qol yağışı - Video
Güləşçimiz erməniyə qalib gələrək bürünc medal qazandı
"Hər iki klub üçün bu mövzu bağlanıb" - Valdas Dambrauskas
"Hələ belə məğlubiyyətlə üzləşməmişdim" - Kaxaber Sxadadze
Fransa klubu qapıçısı ilə müqaviləni yenilədi
"Komandanın öyrəşdiyi sistemi dəyişdirmək asan deyil"