“Azərbaycan və Lixtenşteynlə oyunlardan əvvəl qarşımıza 6 xal qazanmağı məqsəd qoymuşduq. Sevinirəm ki, bu istəyimizə nail olduq”. Qol.Az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu sözləri bir neçə gün əvvəl milli komandamızı 2:0 hesabıyla məğlub etmiş Rusiya milli komandasının və İngiltərənin “Arsenal” klubunun hücumçusu Andrey Arşavin deyib. Təcrübəli futbolçu milli komandamız haqda da danışıb: “Almaniya millisi hazırda qrupun lideridir. Onların Uelsi səfərdə məğlub etməsi heç yerinə düşmədi. Biz ümid edirdik ki, Uels və Finlandiya “bundestim”dən xal ala biləcək. Çünki bu sözləri qrupumuzun autsayderləri - Azərbaycanla Lixtenşteynə aid etmək olmaz. Buna görə də ümidimiz finlandiyalılarla, britaniyalılara idi. Amma göründüyü kimi, Almaniya millisi iki çətin səfərdən 4 xal götürdü. Mundiala birbaşa qatılmaq üçün biz də həmin nəticəni təkrarlamalıyıq”.
Yamaldan növbəti rekord
"O, böyük sərvət xərclənəcək oyunçu deyil"
Osimheni ağladan təsirli koreoqrafiya - Video
"Sabah"dan qol yağışı - Video
Güləşçimiz erməniyə qalib gələrək bürünc medal qazandı
"Hər iki klub üçün bu mövzu bağlanıb" - Valdas Dambrauskas
"Hələ belə məğlubiyyətlə üzləşməmişdim" - Kaxaber Sxadadze
Fransa klubu qapıçısı ilə müqaviləni yenilədi
"Komandanın öyrəşdiyi sistemi dəyişdirmək asan deyil"