Tovuzun “Turan” və Ağdamın “Qarabağ” klubları arasında dekabrın 4-də keçirilmiş futbol üzrə Unibank Premyer Liqasının XV tur qarşılaşmasından sonra hakimlər briqadasının döyülməsi faktı ilə bağlı istintaq yaxın 15 gün ərzində başa çatacaq. Bu haqda Lent.az-a Tovuz rayon Polis Şöbəsindən məlumat verilib.
Araşdırma müddəti kimi 3 ay təyin olunsa da, prosesin mümkün qədər tez yekunlaşdırılması nəzərdə tutulub. Şübhəli qismində saxlanılan Habil Aslanov ifadəsində hakimlər otağına daha 3 şəxslə birgə pəncərədən daxil olduğunu bildirib. Amma istintaq bunu inandırıcı saymır. Digər şəxslər içəridə duraraq qapıdan içəri heç kimin girməsinə imkan verməyiblər. Aslanov isə hakimləri döyərkən, onlara stəkanla da xəsarət yetirib. O, ifadəsində “Turan”ın vitse-prezidenti Nail Nurəddinoğlunun cangüdəni olmadığını, hakimləri “qeyri-obyektiv oyun idarə etdikləri üçün” vurduğunu deyib.
Habil Aslanova qarşı 2 aylıq həbs qətimkan tədbiri seçilib, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3 (Xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddəsi ilə cinayət işi açılıb. Bu maddəyə əsasən, 3 ildən 7 ilədək azadlıqdan məhrum etmə nəzərdə tutulub. Digər şəxslər isə zaminə buraxılıblar. Lakin onlar yenidən istintaq prosesinə cəlb olunacaqlar.
Yaxın vaxtlarda zərərçəkmiş və cavabdeh tərəflər arasında üzləşdirmə olacaq. Hələlik zərərçəkmiş tərəf – baş hakim Rauf Cabbarov və yan xətt hakimi Coşqun Həsənov barışdırıcı mövqedə olduqlarını bildirməyiblər.
Qeyd edək ki, “Turan” – “Qarabağ” matçı meydan sahiblərinin məğlubiyyəti ilə yekunlaşıb – 0:1. 70-ci dəqiqədə Tovuz klubunun futbolçusu Ruslan Abbasov ikinci sarı vərəqə ilə meydançadan qovulub.
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi
Türkiyə Fransaya, İtaliya Belçikaya uduzdu
Mikels millidə debütunu qolla qeyd etdi
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında