Unibank Premyer Liqasında ötən həftə XVI tura yekun vuruldu. Artıq cari çempionatın yarısı geridə qalıb. Hazırda 34 xalı olan son çempion “Neftçi” turnir cədvəlinin lideridir. Ondan dörd xal geri qalan “İnter” ikinci, 29 xalı olan “Xəzər Lənkəran” isə üçüncü pillədə qərarlaşıb. XVI turda səfərdə “Simurq”a məğlub olan “Turan” və “Sumqayıt Şəhər” autsayderlər qrupunda yer alıblar.
Bombardirlər siyahısına 10 qol ilə Bahadır Nəsimov ("Neftçi") başçılıq edir. Rəqib qapılarına 7 dəfə yol tapan Robertas Poşkus ("Simurq") isə Nəsimovun ən yaxın izləyicisidir. Uinston Parks ("Bakı"), Flavio Aleks Valensio ("Neftçi") və Tales Şütz (AZAL) isə cari mövsümdə hərəyə 6 dəfə fərqləniblər.
Rəqib qapılarına 34 qol vuran “Neftçi” Unibank Premyer Liqasının ən məhsuldar hücum xəttinə sahibdir. Çempionatın ən etibarlı müdafiə xətti isə “İnter”dədir - cari mövsümdə “bankirlər” qapısında 8 qol görüb ki, bunun da üçü “Bakı” ilə oyunda alınmış texniki məğlubiyyətin payına düşür.
Rəqib qapılarına cəmi 10 dəfə yol tapan “Turan” Unibank Premyer Liqasının ən az qol vuran komandasıdır. Qapısından 28 qol buraxan “Kəpəz”in müdafiə xətti bu mövsüm zəif təsir bağışlayır. İndiyə qədər keçirilmiş 96 qarşılaşmada 221 qol qeydə alınıb. Xatırladaq ki, üçüncü turun “İnter”- “Bakı” qarşılaşması başa çatmadığından “İnter”ə texniki məğlubiyyət verilməsi nəticəsində “Bakı”nın aktivinə üç qol yazılıb. Azarkeşlər ən çox qol XVI turun oyunları çərçivəsində “Neftçi”-nin AZAL-a 7:1 hesabı ilə məğlub olduğu qarşılaşmada izləyiblər.
Azarkeşlərinin çoxluğu ilə öyünə bilən əyalət komandalarının oyunlarına marağın böyük olduğu statistikalardan da görünür. Belə ki, cari mövsümdə “Xəzər Lənkəran”ın oyunlarını 64 205, “Kəpəz”in oyunlarını isə 53 500 azarkeş canlı izləyib. Birinci dövrə ərzində ümumilikdə 232 250, orta hesabla isə hər tur 14 515 azarkeş oyunları stadiondan canlı izləyib. Bu da hər oyunda orta hesabla 2 419 azarkeş deməkdir. Ən çox azarkeş Unibank Premyer Liqasının V turunda - 36 950, ən az azarkeş isə XVI turda qeydə alınıb - 4 980.
XVI turun “Xəzər Lənkəran” - “Qarabağ” qarşılaşması İntizam komitəsinin qərarına əsasən azarkeşsiz keçirilib.
Cari mövsümdə ən çox azarkeş toplayan qarşılaşma isə V turun “Kəpəz” - AZAL oyunudur - 15 min azarkeş.
Mənbə: pfl.az
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi
Türkiyə Fransaya, İtaliya Belçikaya uduzdu
Mikels millidə debütunu qolla qeyd etdi
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında