San-Marinoya baxıb, şükür edək

XƏBƏR 2 Aprel 2009 / 14:22 2689
-  A +

Polşa milli komandası dünən dünya çempionatının seçmə mərhələsi çərçivəsində növbəti oyununu keçirib. San Marinoyla qarşılaşan polşalılar rəqibinin qapısından 10 cavabsız qol keçiriblər. Qol.Az-ın Polşa mətbuatına istinadən verdiyi məlumata görə, bu qələbə Polşa futbolu tarixinə milli komandanın ən böyükhesablı qələbəsi kimi düşüb. Buna qədər rekord göstərici 1963-cü ildə qeydə alınmışdı. Həmin ilin 4 sentyabrında Norveçi qəbul edən Polşa millisi rəqibini 9:0 hesabıyla məğlub etmişdi. Çox təəssüf ki, Polşa millisi tarixi ərzində üçüncü ən böyükhesablı qələbəsini millimizlə oyunda qazanıb. 2005-ci ilin 26 martında Varşavada keçirilən oyunda Polşa millimizi 8:0 hesabıyla üstələmişdi. Xatırladaq ki, həmin oyunda milli komandamızın baş məşqçisi Karlos Alberto Torres idi.    

Son xəbərlər