Ötən həftə mövsümdə ilk ev məğlubiyyətini alan “Xəzər Lənkəran” bu gün yenidən doğma meydanda oyuna çıxacaq. Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, bu tur komandanın rəqibi Ağdamın “Qarabağ” klubudur.
Bu oyun “Xəzər Lənkəran”ın cari çempionatda doqquzuncu ev oyunu olacaq. Keçirilmiş səkkiz oyundan ardıcıl altı qələbə əldə edən komanda son iki oyunda xal itikisi ilə üzləşib. Öncə “Rəvan”la görüş evdə ilk xal itkisi, ardından “İnter”lə son qarşılaşmada mövsümün ilk ev məğlubiyyəti rəsmiləşib. Bu mövsüm “Xəzər Lənkəran” öz meydanın 11 qol vurub və qapısında 5 qol görüb.
“Qarabağ” da bu tur doqquzuncu səfər oyununa çıxacaq. Ağdam klubunu səfər komandası adlandırmaq olar. Bu komanda rəqib meydanlarında bu mövsüm keçirdiyi səkkiz oyundan dördündə qalib gəlib, üçündə heç-heçə oynayıb və cəmi bir dəfə məğlubiyyətə uğrayıb. Maraqlıdır ki, “Qarabağ”ın çempionatda ümumi məğlubiyyətlərinin sayı beşə bərabərdi və bunlardan yalnız biri səfərdə qeydə alınıb.
Son altı çempionat oyununda “Xəzər Lənkəran”ın göstəriciləri belədir: iki məğlubiyyət, üç heç-heçə və bir qələbə. “Qarabağ” isə son altı turda üç dəfə qalib gəlib, iki dəfə məğlub olub və bir dəfə heç-heçə oynayıb.
Bu həftə “Xəzər Lənkəran” çempionatlar tarixində 10-cu dəfə “Qarabağ”ı qəbul edəcək. Ötən illərdə baş tutmuş doqquz görüşün beşindən bu komanda qalib ayrılıb. İki matçda heç-heçə qeydə alınıb, daha iki dəfə isə qonaqlar qələbə qazanıb. Lənkəranda iki tərəf arasında ən çox qeydə alınan hesab isə 2:0 hesabıdır – üç dəfə “Xəzər Lənkəran” rəqibinə bu hesabla qalib gəlib.
Bu komandalar arasında Lənkəranda son oyun ötən ilin dekabrında, təxminən bir il öncə keçirilmişdi. 2010-cu ilin son matçı olan həmin oyunda “Qarabağ” 1:2 hesabı ilə qalib gəlmişdi.
Bu oyun “Xəzər Lənkəran”ın baş məşqçisi Cüneyt Biçerin debüt oyunu kimi tarixə düşəcək. Hazırda komanda tam heyətlə hazırlıqları davam etdirir. Zədəli futbolçular artıq məşq prosesinə qatılıb. Ötən tur əvəzedici heyətdə olan Emeka Opara da artıq əsas komandaya qoşulub.
Sarı vərəqə limitini doldurduğuna görə Elnur Allahverdiyev qarşıdakı oyunu buraxmalı olacaq.
"İmişli" onu da göndərdi
Modriç millidən gedir?
"Sumqayıt"da braziliyalı qapıçı - Rəsmi
Onana daha bir mövsüm "Trabzonspor"da
"Kəpəz" yeni baş məşqçi ilə müqavilə imzaladı
"Əl-Nəsr"in yeni baş məşqçisi açıqlandı
Tunis millisinin 8 futbolçusunun dopinq testi müsbət çıxdı
"Zirə"dən yeni transfer
Yamal: "Qardaşım mənim üçün oğlum kimidir"
Tanınmış futbolçu "Fənərbaxça"da - Rəsmi
“Qarabağ”ın oyununa bilet satışı müvəqqəti dayandırıldı
Ter Ştegenin yeni klubu bilindi
“Araz-Naxçıvan”da yeni məşqçi təyinatı
“Qarabağ”dan bu yayın 7-ci transferi - Rəsmi
Rafinya Norveçlə oyunu buraxacaq
"Bavariya"dan 55 milyon avroluq transfer
“Qarabağ” - “Vestri” oyununun biletləri satışda
Cavid Hüseynovun köməkçiləri müəyyənləşdi
“Top saçıma toxunduğu üçün ofsayd qərarı verildi”