Azərbaycan klubu autsayderlə bacarmadı

Azərbaycan klubu autsayderlə bacarmadı
XƏBƏR 10 Dekabr 2011 / 02:25 1955
-  A +

Təbrizin "Traktor Sazi" klubu ötən gün İran çempionatında növbəti matçını keçirib.

Qol.Az-ın məlumatına görə, Təbriz təmsilçisi bu turda "Mes Sarkeşme" klubu ilə qarşılaşıb.

Lakin "Traktor Sazi" bu oyunda qələbəyə həsrət qalıb. Oyun ərzində tərəflərin səylərinə baxmayaraq, görüşdə hesab açılmayıb - 0:0.

Qeyd edək ki, "Traktor Sazi" bu nəticədən sonra 28 xalla turnir cədvəlinin üçüncü pilləsinə enib.


Son xəbərlər