"Beşiktaş"da Quarejma şoku

"Beşiktaş"da Quarejma şoku
XƏBƏR 10 Dekabr 2011 / 01:54 2501
-  A +

Ötən gün Superliqada "Manisaspor" üzərində inamlı qələbə qazanan (4:1) "Beşiktaş" klubu ciddi itki ilə üzləşib.

Qol.Az-ın məlumatına görə, həmin oyunda ilk qolun müəllifi olan Rikardo Quarejma zədələnərək meydanı vaxtından öncə tərk etmişdi.

Daha sonra tibbi müayinədən keçən futbolçunun zədəsinin ciddi olduğu ortaya çıxıb. Sağ diz bağlarında yırtıq aşkarlanan portuqaliyalı ulduzun ən azı 3-4 həftə yaşıl meydanlardan uzaq qalacağı bildirilir.

Qeyd edək ki, Quarejma Superliqanın qarşıdakı oyunları ilə yanaşı, Avroliqanın qrup mərhələsinin son turunda keçiriləcək "Stok Siti" matçında da iştirak edə bilməyəcək.


Son xəbərlər