Xüsusi səlahiyyətli İstanbul 16-cı Ağır Cəza Məhkəməsi Türkiyə futbolundakı danışılmış oyunlarla bağlı araşdırma çərçivəsində 93 şübhəli şəxs haqqında hazırlanan iddia ərizəsini qəbul edib.
Qol.Az-ın məlumatına görə, bu barədə məhkəmə sədrinin müavini Fikrət Seçən açıqlama verib.
O bildirib ki, şübhəli şəxslərdən 31-i həbsdədir. İlk məhkəmə prosesi 2012-ci il fevralın 14-də baş tutacaq. 1 nömrəli şübhəli şəxs “Giresunspor” klubunun sabiq prezidenti Olqun Pekərdir. Siyahıda ikinci şəxs isə “Fənərbaxça”nın prezidenti Əziz Yıldırımdır. Yıldırım 6 dəfə fırıldaqçılıq, 4 dəfə danışılmış oyunda iştirak, 3 dəfə stimullaşdırma ittihamları ilə də günahlandırılır. Ona qarşı haqsız iqtisadi gəlir məqsədilə şəbəkə qurma ittihamı da irəli sürülüb. 401 səhifəlik və 2 hissədən ibarət iddianamədə 26 futbolçunun menecer şirkətinin olduğu bildirilir. Birinci hissədə Olqun Pekərin başçılıq etdiyi cinayətkar şəbəkə və Türkiyə futbolu ilə bağlı məlumatlar yer alıb. İkinci hissə 148-ci səhifədən sonra başlanır. Burada isə Əziz Yıldırımın başçılıq etdiyi qruplaşmadan bəhs edilir.
Danışılmış oyunlarla bağlı iddianamədə futbolçular Mehmet Yıldız, Emenike, Ümit Karan, Sezər Öztürk, İbrahim Akın, İskəndər Alın, Sərdar Kulbilgə, Mahmut Boz, Sərcan Yıldırım, Gökçək Vederson, Korcan Çelikay, Murat Şahin, Mustafa Ulaş Ortakayanın adları şübhəli şəxslər kimi hallandırılır. Sənəddə 8 komandadan da danışılır. Bunlar “Fənərbaxça”, “Beşiktaş”, “Trabzonspor”, “Manisaspor”, “Mersin İdman Yurdu”, “Sivasspor”, “Giresunspor” və “İstanbul BB”dir.
Əziz Yıldırımın “Fənərbaxça” matçlarını idarə edən hakimlərin “sarı-lacivərtlilər” əleyhinə qərar verməməsi üçün cəhdlər etdiyi, bəzi qarşılaşmalara hakim təyinatlarına müdaxilə etdiyi və bu təşkilatın Olqun Pekərin rəhbərlik etdiyi cinayətkar şəbəkə ilə işbirliyində olduğu deyilir. İddianamədə Olqun Pekər və Əziz Yıldırımdan əlavə üçüncü təşkilat liderindən də bəhs edilir. Həmin şəxsin adı Hakan Karaahmetdir. Pekərin “Refleks” menecer şirkəti adı altında icazəsiz menecerlik fəaliyyəti göstərdiyi iddia olunur. İlhan Yüksel Ekşioğlu və Mehmet Şekip Mosturoğlunun Əziz Yıldırımın cinayət təşkilatında təsirli mövqe tutduğu, təşkilat içərisində iyerarxik quruluş olduğu bildirilir. Əziz Yıldırımla İlhan Ekşioğlu və Sekip Mosturoğlu arasındakı əlaqənin rəhbər-idarəçi formasında olmadığı, cinayətkar qruplaşma münasibətlərində olduğu ifadə edilir. Yıldırımın Ekşioğlu və Mosturoğlu vasitəsilə işlərini gördüyü, bəzən də Sedat Pekərin təşkilatı ilə işbirliyində olduğu yazılır.
Olqun Pekər və Türkiyə Futbol Federasiyasının keçmiş prezidenti Mahmut Özgenərin yaxın münasibətlərdə olduqları müşahidə edildikdən sonra Özgenər də istintaqa cəlb olunub, onun Yıldırımla şübhəli söhbətləri olub. Təşkilat içində mükafatlandırma və cəzalandırma sisteminin olduğu bildirilir. Məsələn, danışılmış oyun baş tutduğu halda villa və avtomobil hədiyyə edilib. Ötən mövsüm Türkiyə çempionluğunun ardından Əli Kıratlı Şimali Kipr Türk Cümhuriyyətinə istirahətə göndərilib. Əziz Yıldırımın Sedat Pekər qrupu ilə əlaqəli olaraq Bülənt İbrahim İşcan vasitəsilə danışılmış oyun və stimullaşdırma fəaliyyətləri həyata keçirib. Yıldırım bu şəxsi qorxuducu bir güc olaraq yanında saxlayıb. İlhan Ekşioğlu və Şekip Mosturoğluna Tamer Yelkovan vasitəsilə pul çatdırıldığı bildirilir. 12.04.2011 tarixində İlhan Ekşioğlu “100 təşkil edə bilərəm, inşaatlar üçün” yazıb. “İnşaat” sözünün danışılmış oyunlarda şifrə kimi istifadə olunduğu bildirilir.
İddianamədə “Fənərbaxça” – “İstanbul BB” matçı üçün Tamer Yelkovana ödəmə tapşırığı verildiyi yazılır. “Sami mənə gəlir, Aişə tətilə çıxsın” deyərək başqa bir şifrədən də bəhs edilir.
Danışılmış oyun kodları bunlar olub:
Danışılmış oyun qarşılığında pul almağın kodu: “Qəhvə içmək”
Əziz Yıldırım: Şirkət CEO-su və ya “bir nömrə”
Futbolçular: İnşaat işçisi və ya zərər çəkmiş.
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi
Türkiyə Fransaya, İtaliya Belçikaya uduzdu
Mikels millidə debütunu qolla qeyd etdi
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı