Bu gün “Sərhədçi” Olimpiya İdman Mərkəzində Ümumdünya Boks Seriyasının (WSB) 4-cü turunun "Baku Fires" (Azərbaycan) və "Leipzig Leopards" (Almaniya) komandaları arasında keçiriləcək bugünkü matçına həsr olunmuş çəki mərasimi və mətbuat konfransı keçirilib.
Çəki mərasimindən sonra "Baku Fires"in baş məşqçisi Həmzət Ağayev, “leopardların” nümayəndəsi Mixael Qraçev, alman klubunun baş məşqçisi Vladimir Pletnev və WSB-nin supervayzeri Adam Kusior mətbuat konfransında iştirak ediblər.
"Baku Fires"in baş məşqçisi Həmzət Ağayev bugünkü görüşdə 5:0 hesabı ilə qalib gəlmək istədiklərini bildirib: "İstəyirəm tamaşaçılar maraqlı döyüşlər görsünlər. "Leipzig Leopards" çox güclü komandadır. Lakin ümid edirəm həmişəki kimi qələbə bizim olacaq. Rəqibimiz ciddi olsa da, 5:0 hesabı ilə qalib gəlmək istərdik.
Düşünmürəm ki, yorğunluqla bağlı Məhəmməd Əbdülhəmidovun problemləri olsun. Bəli, bir müddət əvvəl o Surqutda çıxış edib, lakin indi qaydasındadır. Bu belə olmasaydı, biz Maqomedi bu döyüşə buraxmazdıq.
Əlbəttə, beş döyüş arasında Ramazan Maqomedov və 2008-ci ilin Olimpiadasının gümüş mükafatçısı Kennet İqan arasında döyüş daha çox fərqlənir. Onlar kifayət qədər titullu boksçulardır və onların arasında gərgin mübarizə gözlənilir. Lakin digər döyüşlər də gərgin olacağlarını vəd edirlər”.
Alman klubunun baş məşqçisi Vladimir Pletnev hər iki komandaya uğurlar arzulayıb: “Qoy güclü qalib gəlsin. Həmkarımın bəyanatını cavablandırmayacağam. Mənim əvəzimə boksçularımız cavab verəcəklər. Sabah onlar öz sözlərini deyəcəklər. Bununla yanaşı, başa düşürük ki, bizi yüksək dərəcəli boksçulara malik çox güclü rəqib gözləyir. Baku Fires güclü komanda olsa da, biz qələbəyə ümid edirik”.
Xatırladaq ki, matç 10 dekabr tarixində saat 19:00-da “Sərhədçi” Olimpiya İdman Mərkəzində keçiriləcək.
Komandaların heyətləri:
"Baku Fires" – "Leipzig Leopards"
54 kq. Məhəmməd Əbdülhəmidov (Azərbaycan) – Edqar Valt (Almaniya)
61 kq. Semyon Qrivaçyov (Azərbaycan) – Eugen Burxard (Almaniya)
73 kq. Nikolay Veselov (Belarus) – Denis Radovan (Almaniya)
85 kq. Ramazan Məhəmmədov (Azərbaycan) – Kennet İqan (İrlandiya)
+91 kq. Əbdülqədir Abdullayev (Azərbaycan) – Kornelius Şıxan (İrlandiya)
“B” qrupunda 4-cü turun bir matçı artıq keçirilib. Mexico City Guerreros doğma rinqdə Istanbul Bosphorus-u 4:1 hesabı ilə məğlub edib.
Turnir cədvəli:
1."Leipzig Leopards" – 9 xal, döyüşlərin fərqi - 13-2 (3 matç)
2."Baku Fires" – 9, 11-4 (3)
3."Mexico City Guerreros" – 7, 11-8 (4)
4."Paris United" – 4, 5-9 (3)
5."Beijing Dragons" – 3, 3-12 (3)
6."İstanbul Bosphorus" – 2, 6-14 (4)
Qeyd edək ki, "Paris United" - "Beijing Dragons2 görüşü təxirə salınıb və yanvarın 31-də keçiriləcək.
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi
Türkiyə Fransaya, İtaliya Belçikaya uduzdu
Mikels millidə debütunu qolla qeyd etdi
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında