AFFA "Xəzər Lənkəran" və "Turan"ın şikayətini təmin etmədi

AFFA "Xəzər Lənkəran" və "Turan"ın şikayətini təmin etmədi
XƏBƏR 9 Dekabr 2011 / 21:58 1838
-  A +

Bu gün AFFA-nın Apellyasiya və Ekspert Komitəsinin iclası keçirilib.
 
Qol.Az-ın məlumatına görə, iclasda AFFA-nın İntizam Komitəsinin 06.12.2011-ci il tarixli qərarları ilə bağlı «Turan», «Neftçi» və «Xəzər Lənkəran» klublarının müraciətinə baxılıb. Müzakirələrdən sonra aşağıdakı "Turan" və "Xəzər Lənkəran" klublarıyla bağlı qərar qüvvədə saxlanılıb.

«Neftçi»nin şikayəti isə təmin olunub. Komandanın məşqçisi Bəxtiyar Musayevlə bağlı 5 oyunluq cəza şərti cəza ilə əvəz olunub. Növbəti 6 ay müddətində Bəxtiyar Musayev analoji hallara yol verdiyi təqdirdə, ona tətbiq olunacaq intizam tədbiri hazırkı azad olunmuş cəzaya əlavə olunacaq.


Qeyd edək ki, AFFA İntizam Komitəsi "Xəzər Lənkəran"ın stadionunda iki oyunun azarkeşlərsiz keçirilməsi qərarı vermişdi. "Turan"la bağlı qərarda isə deyilirdi ki, bu komanda iki ev oyununu neytral meydanda keçirməlidi.

Son xəbərlər