İngiltərənin «Mançester Yunayted» klubunun baş məşqçisi Aleks Fergüsson komandasının Çempionlar Liqasında mübarizəni dayandırması və qrup üçüncüsü kimi bundan sonra Avropa Liqasında yarışacaqlarını tənqid edib.
Qol.Az-ın məlumatına görə, o deyib ki, Avropa Liqasında oynamaq klubu üçün bir cəzadır.
Fergüssonun bu fikri birmənalı qarşılanmayıb. UEFA prezidenti Mişel Platini hesab edir ki, şotlandiyalı mütəxəssis bu ifadəsiylə Avropa Liqasına hörmətsizlik edib.
«Dünya İngiltərədən ibarət deyil. Mən həmin ölkəni sevirəm. Oranın futbolu və azarkeşləri əladır. Amma üç dəfə Çempionlar Liqasında qalibi olmusan deyə, Avropa Liqasını tənqid etməməlisən. Avropa Liqası çox gözəl turnirdir. Bilirəm ki, ser Aleks Fergüsson Çempionlar Liqasında oynamaq istərdi. Hərçənd bunu digər klublar da istəyir, amma imkanları yoxdur» - deyə o qeyd edib.
Aleks Fergüsson isə həmin fikirləriylə Avropa Liqasına hörmətsizlik etmək istəmədiyini söyləyib. «Mişel Platini məni sadəcə olaraq düzgün başa düşməyib. Avropa Liqası yaxşı turnirdir. Təkcə orada nə qədər və hansı səviyyəli klubların iştirakını xatırlatmaq kifayətdir. Cəza ifadəsini işlədərkən isə demək istəmişəm ki, son 20 ildə bizim klub yalnız Çempionlar Liqasının qalibi olmaq istəyib. Biz bu dəfə də buna ümid edirdik. Amma cəza o deməkdir ki, biz bu mövsüm ÇL-də istəyimizə nail ola bilməyəcəyik» - deyə o qeyd edib.
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi
Türkiyə Fransaya, İtaliya Belçikaya uduzdu
Mikels millidə debütunu qolla qeyd etdi
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı