UEFA-dan AFFA-ya növbəti yardım

XƏBƏR 9 Dekabr 2011 / 13:39 1658
-  A +

Futbol üzrə 2012-ci il Avropa çempionatından götürüləcək gəlir qitənin 53 ölkəsi arasında bölüşdürüləcək. Qol.Az-ın məlumatına görə, bu barədə UEFA İcraiyyə Komitəsi qərar çıxarıb.

UEFA-ya üzv ölkə kimi AFFA-ya da yardım ediləcək. Vəsait “HatTrick” layihəsi üzrə “HatTrick III” proqramı çərçivəsində ayrılacaq və 2012 – 2016-cı illəri əhatə edəcək. Qurum futbolun inkişafına sərmayə qoyuluşu üçün milli assosiasiyalara maliyyə ayıracaq.

Qeyd edək ki, Ukrayna və Polşada keçiriləcək növbəti Avropa çempionatı gələn il iyunun 8-dən iyulun 1-dək davam edəcək.


Son xəbərlər