Azərbaycan milli komandasının və “Qəbələ” klubunun futbolçusu Mahir Şükürovun müsahibəsi
- Türkiyə ilə oktyabrın 11-dəki oyundan sonra Sizdən götürülmüş dopinq-testin nəticəsi açıqlananadək futboldan ayrı qalmağınız oyununuza mənfi təsir etməyəcək?
- İnanmıram. Çünki məşqlərimi davam etdirirəm. Düzdür, oyun praktikası olmayanda futbolçu bir qədər geriləyir. Amma mən belə hallarla ilk dəfə üzləşməmişəm.
- Kənardan baxdıqdan komandanın oyunu necə görünür?
- Kənardan komandamın oyununu izləmək mənim üçün çətindir. Ona görə ki, “Qəbələ”yə bir kapitan kimi kömək etməli olduğum halda, bundan məhrumam. Çox həyəcan keçirir, alışıb-yanıram. Amma sağ olsunlar, komanda yoldaşlarıma oyunlardan öncə məsləhətlərimi verirəm, hamısından razıyam.
- Hər halda məşqlərdən kənarda qalmırsınız...
- İndiyədək “Qəbələ”nin bir məşqini də buraxmamışam. Daim komandanın içində olmuşam, dəstəkləmişəm. Oynamasam da, peşəkar futbolçuyam. Məşqlərimi davam etdirməliyəm. Komandanın kapitanıyam, mən kollektivin içində olanda uşaqlar onlarla birgə olmağıma sevinirlər.
- Bildiyimizə görə, kapitan olmaqla bərabər, “Qəbələ”nin ən ödənişli futbolçususunuz, klubla uzunmüddətli müqaviləniz var. Bu baxımdan, dopinq qalmaqalı yaranandan sonra klub rəhbərliyi tərəfindən Sizə hər hansı irad və ya xəbərdarlıq bildirilməyib?
- Deməzdim ki, “Qəbələ”də ən ödənişli futbolçu mənəm. Birincisi, bu komandaya pula görə gəlməmişəm. Rəhbərlik məni “Qəbələ”də görmək istəyəndə məmnuniyyətlə qəbul etmişəm. Ona görə ki, hələ Ramiz Məmmədov baş məşqçi olduğu vaxt ölkə futbolunun inkişafı naminə bu klubun çox iş gördüyünü bildirmişdim. Buradakı bazanı, şəraiti gördüm və belə qənaətə gəldim ki, Qəbələdə futbolçu üçün hər cür imkanlar var. Belə rəhbərliklə işləməyi özümə borc bildim. Klub rəsmiləri sağ olsun, dopinq qalmaqalından sonra mənə dəstək oldular. Allah hamısından razı olsun.
- Futbol oynamağınıza UEFA və FİFA tərəfindən qadağa qoyulsa, klubdakı gələcəyini necə görürsünüz?
- Mən qadağa qoyulacağına inanmıram. İrəliyə nikbin nəzərlərlə baxmaq, həvəsdən düşməmək lazımdır. Allahın köməkliyi ilə hər şey yaxşı olacaq. Hansı klubda oynamışamsa, verdiyi pulu halal etməsini istəmişəm. Ona görə də əlimdən gəldiyi qədər klubumun borcunu ödəyəcəyəm.
- Bu yaxınlarda mətbuata müsahibənizdə dopinq-testdə ilişməyinizə bəzi azərbaycanlı futbolçuların sevindiyini bildirmisiniz. Konkret, kimi nəzərdə tutursunuz?
- Mən indi heç kimin adını çəkmək istəməzdim. Proses başa çatdıqdan və qərar açıqlandıqdan sonra onları açıqlayacağam. Bilirsiniz, gərək paxıl olmayasan. Bu həyatda hər bir insanın öz qisməti var, qismətdən kənara çıxmaq olmaz. Bu gün mənəmsə, sabah yerimə başqasıdır. Elə futbolçular var ki, bunu həzm etmirlər. Deyirlər ki, həmişə biz olaq. Amma bu, belə deyil.
- Sizcə, onların marağı nədir?
- Onların marağı odur ki, niyə Mahir qabağa gedir, biz də getməyək? Başa düşmürəm: mənim irəli getməyimin kimə nə ziyanı var? Əksinə, milliyə kömək edirəm. Amma bəzi adamlar bunu istəmirlər. Paxıllıq çəkirlər. Gərək insanın mənliyi, kişiliyi olsun. Bəzi futbolçular var ki, satqınlıq edirlər. Yəni, mediaya nə isə çatdırırlar, bu futbolçudan o birinə söz çatdırırlar, ara vururlar. Bəziləri səndən istifadə etmək üçün yaxınlıq edirlər. İşlərini görəndən sonra kənara çəkilirlər.
- Düşünmürsünüz ki, dopinq-testdə ilişməyinizi mətbuata ötürənlər elə dediyiniz futbolçulardır?
- Bəli, həmin adamlardırlar. Onlar mətbuata deyiblər ki, Mahir dopinq-testdə ilişib. Bunların hamısı “Qəbələ” – “Neftçi” matçından öncə yayılıb. Kimlərin mətbuata nə dediyindən də xəbərdaram. Elə düşünməsinlər ki, bilmirəm.
- Onsuz da bu məsələnin üstü gec-tez açılacaqdı...
- Düzdür, üstü açılacaqdı. Amma qoy, bunu AFFA rəhbərliyi açıqlasın da... Niyə bəzi insanlar jurnalistlərə satqınlıq edirlər? İnsanları tanımaq olmur. Elə bir insandan zərbə alırsan ki, o, vaxtilə səninlə öpüşüb-görüşüb, çörək yeyib.
- Onlar bir neçə nəfərdir?
- Bəli, bir yox, bir neçə nəfərdir.
Mənbə: Lent.az
Avropanın rəmzi komandasında kimlər var?
Ən yaxşılar bəlli oldu: "Bavariya", "Arsenal"...
"Benfika"dan "Barselona"ya keçidi çətinləşdi
Salah qol vurdu, Misir millisi liderliyə yüksəldi
Levandovski ərəb klubuna gedir?
Fransa millisinin sabiq məşqçisi vəfat etdi
“Beşiktaş” 2 futbolçusunu heyətdən kənarlaşdırdı
"Liverpul" İsakın əvəzləyicisini axtarır
Baş məşqçi klubu tərk etməyə hazırlaşır
Ülvi Babayev klubunu dəyişir
Pelleqrini sıradan çıxdı
Komandası məğlub oldu, özü də ağır cəza aldı
"Real"ın "Santyaqo Bernabeu" ilə bağlı hədəfi
"Roma" yeni stadionunun planını təqdim etdi - Şəkil
AFFA üç klub rəsmisini futboldan uzaqlaşdırdı
Dembele ilin idmançısı seçildi
Sxadadze 4 oyunluq cəzalandırıldı
AFFA bu klubları cərimələdi
Prezident bu idmançılara mənzil hədiyyə etdi
İlham Əliyev ilin idman tədbirində - Yenilənib
“Belə olmaz, yerli məşqçilərə güvənməliyik”
Qurban Qurbanov bu ayrılığa razılıq vermədi
Millimizin sabiq futbolçusu Türkiyədə həbs olundu
Baxşıyev "Araz Naxçıvan"ı təkzib edir - Klubda nə baş verir?
Eks "Qarabağ"lı bu klubun baş məşqçisi oldu
Milli komandada yeni bombardir
"Araz-Naxçıvan" Elmar Baxşıyevi istefaya göndərdi - Rəsmi
İlin ən yaxşı futbol hakiminin adı açıqlandı
Alaba ilə müqavilə uzadılmayacaq
Alonsonun yerinə əsas namizəd odur
İngiltərə Premyer Liqasının ən yaxşı futbolçuları
Keçmiş federasiya prezidenti axtarışa verildi
Premyer Liqada ən çox qol epizodunu onlar yaratdı
"Real" sabiq futbolçusunu geri qaytarır
Alman klubu "Mançester Siti"nin hücumçusu ilə maraqlanır
Avropada ən çox driblinqi kim edib?
İngiltərə klubunun sabiq futbolçusu vəfat etdi
"Bornmut"un müdafiəçisi nəhəng klubların hədəfində
"Difai"nin 5 qollu qələbəsindən - Video
Keyn, Haaland, Mbappe...