Premyer Liqanın XVI turunda “İnter”i qəbul edəcək “Qəbələ” tarixində 16-cı dəfə bu rəqiblə qarşılaşacaq.
Qol.Az-ın məlumatına görə, indiyədək komandalar 13 dəfə ölkə çempionatı, 2 dəfə kubokda üz-üzə gəliblər. Cari mövsümdə artıq 1 dəfə üz-üzə gələn komandalar sonuncu dəfə cəmi 49 gün əvvəl qarşılaşıblar.
Qəbələdəki 6 çempionat matçında 1 dəfə meydan sahibləri, 3 dəfə qonaqlar qalib gəlibsə, top fərqində “Qəbələ” hələ ki, 3:5 hesabı ilə geridədir. Bakıda keçirilən 7 çempionat matçında meydan sahibləri 4 qələbə qazanıb.
Top fərqinin 15:5 olduğu görüşlərdə səfər qələbəsi olmayan “Qəbələ” yalnız 3 heç-heçə əldə edib.
Ümumilikdə isə Premyer Liqada “İnter” 7, “Qəbələ” isə 1 qələbəyə sevinib. Daha 5 dəfə sülhlə ayrılan rəqiblərin görüşlərindəki top fərqində 20:8 hesabı ilə bakılılar öndədir.
Tarixdə 1 dəfə təsadüf olunan kubok duelində tərəflərin hərəsi öz meydanında qalib gəliblər. Lakin “İnter” öz meydanında 5 cavabsız qolla qalib gələrək yarımfinalın taleyini öz xeyrinə həll edib. Qəbələdəki 2:0 hesablı qələbə isə əyalət təmsilçisini işinə yaramayıb.
2 il 7 ay əvvəlki həmin qələbə “Qəbələ”nin “İnter” üzərində hələlik son qələbəsidir. Bu dəfə "Qəbələ" doğma azarkeşləri önündə 949 günlük həsrətə son qoymaq imkanı qazanıb.
Bu isə o deməkdir ki, 16-cı duelə çıxan “Qəbələ” “İnter” üzərində ümumilikdə 3-cü qələbəsini qazanmağa çalışacaq. Belə ki, əvvəlki 15 matçda ümumi hesabda 10:25 hesabı ilə geridə olan "Qəbələ"nin 2 qələbəsi və 5 heç-heçəsi var.
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi
Türkiyə Fransaya, İtaliya Belçikaya uduzdu
Mikels millidə debütunu qolla qeyd etdi
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı