İngiltərə milli komandasının futbolçusu Ueyn Runi 2012-ci il Avropa çempionatının qrup mərhələsində Ukrayna yığmasına qarşı oynaya biləcək.
Qol.Az-ın məlumatına görə, bu, UEFA tərəfindən 26 yaşlı hücumçuya verilmiş cəzanın azaldılmasından sonra mümkün olub.
Artıq Runi yalnız Fransa və İsveçlə qarşılaşmaları buraxmalı olacaq. O, oktyabrın 7-də Çernoqoriya ilə seçmə matçda rəqib müdafiəçi Miroslav Cudoviçi vurduğu üçün qırmızı vərəqə alıb.
UEFA İntizam Komitəsi onu 3 oyunluq diskvalifikasiya edib. İngiltərə Futbol Assosiasiyası qərardan apellyasiya verib. Apellyasiya Komitəsi cəzanı 2 oyuna endirib. Eyni zamanda, Runinin üzərinə UEFA-nın sosial proqramında çalışmaq öhdəliyi qoyulub.
Qeyd edək ki, Avropa çempionatında D qrupunda yer alan İngiltərə millisi iyunun 11-də Fransa, iyunun 15-də İsveç, iyunun 19-da isə Ukrayna ilə üz-üzə gələcək. 1/4 finala iki ən güclü komanda çıxacaq.
"İmişli" onu da göndərdi
Modriç millidən gedir?
"Sumqayıt"da braziliyalı qapıçı - Rəsmi
Onana daha bir mövsüm "Trabzonspor"da
"Kəpəz" yeni baş məşqçi ilə müqavilə imzaladı
"Əl-Nəsr"in yeni baş məşqçisi açıqlandı
Tunis millisinin 8 futbolçusunun dopinq testi müsbət çıxdı
"Zirə"dən yeni transfer
Yamal: "Qardaşım mənim üçün oğlum kimidir"
Tanınmış futbolçu "Fənərbaxça"da - Rəsmi
“Qarabağ”ın oyununa bilet satışı müvəqqəti dayandırıldı
Ter Ştegenin yeni klubu bilindi
“Araz-Naxçıvan”da yeni məşqçi təyinatı
“Qarabağ”dan bu yayın 7-ci transferi - Rəsmi
Rafinya Norveçlə oyunu buraxacaq
"Bavariya"dan 55 milyon avroluq transfer
“Qarabağ” - “Vestri” oyununun biletləri satışda