Cüneyt Biçər "Xəzər Lənkəran"ın tarixinə düşdü

Cüneyt Biçər "Xəzər Lənkəran"ın tarixinə düşdü
XƏBƏR 8 Dekabr 2011 / 15:11 2002
-  A +

“Xəzər Lənkəran”ın yeni baş məşqçisi Cüneyt Biçər klubun tarixində ən gənc baş məşqçi olub.

Qol.Az-ın məlumatına görə, 36 yaşında bu posta təyin olunan türkiyəli mütəxəssisin sələflərinin heç biri bu yaşında baş məşqçi olmamışdı.
 
Klub tarixinə 7-ci baş məşqçi kimi düşən Biçerə kimi bu rekord Nazim Süleymanova məxsus idi. Komandanın ilk çalışdırıcısı 39 yaşında bu posta təyin olunmuşdu. Süleymanovun 2-ci istefasından sonra komandanı 3 oyuna çıxaran Şenol Fidanın da 39 yaşı olub. Lakin o, baş məşqçi yox, bu funksiyanı müvəqqəti icra edən olub.
 
Qeyd edək ki, “Xəzər Lənkəran”ın tarixində ən yaşlı baş məşqçi Ağasəlim Mircavadovdur. O, 59 yaşında - Biçerdən 23 yaş böyük olduğu vaxt bu postda debüt edib.
 
Komandanın 7 baş məşqçisindən 4-ü əcnəbi – 2 türkiyəli (Rasim Kara və Cüneyt Biçer), 1 ukraynalı (Viktor Pasulko), 1 rumıniyalı (Mirça Rednik) olub.
 
           Məşqçi                 Təvəllüdü   Ilk təyinatı  Debütdə yaşı
1. Nazim Süleymanov          1965           2004                   39
2. Rasim Kara                     1950           2004                   54
-  Şenol Fidan (icra edib)     1966           2005                   39
3. Viktor Pasulko                 1961           2006                   45
4. Ağasəlim Mircavadov        1947           2006                   59
-   Hafiz Əliyev (icra edib)     1957           2008                   51
5. İqor Ponomaryov              1960           2009                   49
6. Mirça Rednik                    1962           2010                   48
7. Cüneyt Biçer                    1975           2011                   36

Mənbə: Klubun rəsmi saytı

Son xəbərlər