“Qəbələ”nin və Azərbaycan milli komandasının futbolçusu Mahir Şükürov Unibank Premyer Liqasının XI turunda keçmiş klubu “İnter”lə keçirəcəkləri oyun barədə danışıb. Qol.Az-ın məlumatına görə, 29 yaşlı müdafiəçi paytaxt klubunun gürcüstanlı baş məşqçisi Kaxaber Sxadadze ilə müdafiəçi Valeri Abramidzeni tərifləyib.
Onun sözlərinə görə, Tsxadadze peşəkar mütəxəssis olmaqla bərabər, bir an da boş oturmur: “O, evdə də futbolsuz qalmır. Sxadadzeyə hörmətlə yanaşıram. “İnter” transferlərə elə də böyük pullar xərcləməyib, amma orada məhz baş məşqçinin işinin nəticəsidir ki, gözəl komanda formalaşıb”.
Şükürov Abramidzenin də “İnter”ə böyük köməyinin dəydiyini söyləyib. “Qəbələ”nin futbolçusu hesab edir ki, komandasının arxa xəttində məhz belə oyunçuya ehtiyac var: “Abramidze təkcə müdafiədə rəqibin hücumlarını dəf etməklə kifayətlənmir, hücuma da qoşulur. Şəxsən mən onunla “Qəbələ”də çiyin-çiyinə çıxış etmək istərdim. Amma klub rəhbərliyinə deyə bilmərəm ki, bu futbolçunu alsınlar. Çünki kapitan olsam da, belə səlahiyyətim yoxdur”.
Qeyd edək ki, dekabrın 11-də keçiriləcək “Qəbələ” – “İnter” matçı saat 14:00-da başlanacaq. Dopinq-testi müsbət nəticə verdiyi üçün araşdırma başa çatanadək Mahir Şükürov meydançaya çıxmayacaq.
Mənbə: lent.az
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi
Türkiyə Fransaya, İtaliya Belçikaya uduzdu
Mikels millidə debütunu qolla qeyd etdi
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı