«Əvvəl Foqtsla bir-birimizi başa düşmürdük»

XƏBƏR 8 Dekabr 2011 / 12:29 2061
-  A +

Milli komandamızın kapitanı Rəşad Sadıqov AFFA-nın Berti Foqtsla müqaviləni daha iki il müddətinə uzatmasını normal qarşılayıb.

Qol.Az-ın müxbiri ilə söhbətində o qeyd edib ki, federasiyanın belə bir qərar verəcəyini gözləyirmiş: «Foqtsun qalması da məqsədəuyğun idi».

R.Sadıqov deyib ki, Foqts millidə fəaliyyət göstərdiyi ilk vaxtlarda onu başa düşməkdə çətinlik çəkib: «Amma indi hər şey qaydasındadır. Artıq futbolçular da onun nə istədiyini, verdiyi tapşırıqları yaxşı anlayırlar».

 


Son xəbərlər