«Yuran futbolçulara lazımi tapşırıqları verib»

XƏBƏR 8 Dekabr 2011 / 11:31 1818
-  A +

"Unibank Preymer Liqasının 16-cı turunda “Turan”a qarşı keçiriləcək oyuna «Simurq»u ikinci məşqçi İqor Yuşenko meydana çıxaracaq".

Qol.Az-ın söhbətində bu sözləri “Simurq” klubunun icraçı direktoru Vaqif Əliyev deyib. O deyib ki, baş məşqçi Sergey Yuran Pro kateqoriyalı məşqçi kurslarında iştirak etmək üçün vətəni Rusiyaya yollanıb.

Yuran ölkəmizə dekabrın 15-də dönəcək.

«İnanıram ki, Sergey Yuranın yoxluğunda komanda heç bir çətinlik çəkməyəcək. Yuran futbolçulara lazımi tapşırıqlarını verib” - deyə V.Əliyev bildirib.


Son xəbərlər