WBA, WBO və İBF versiyaları üzrə superağır çəkidə dünya çempionu Vladimir Kliçko bu yaxınlarda sağlıq durumunda yaranan problemləri necə arxada qoymasından danışıb. Qol.Az-ın məlumatına görə, ukraynalı boksçu RTL telekanalına müsahibəsində hazırda özünü yaxşı hiss etdiyini bildirib.
Onun fikrincə, fransalı Jan-Mark Mormeklə dekabrın 10-a nəzərdə tutulan döyüşünün təxirə salınması barədə qərar doğru idi: “Əsas məsələ can sağlığıdır. Mən bu döyüşə 100 faiz hazırlıqlı vəziyyətdə çıxa bilməzdim”.
Vladimir Kliçko dekabrın 2-də Mormeklə döyüşə hazırlıq vaxtı qarnındakı ağrılardan və sidiyindən qan gəlməsindən şikayətlənib. O, helikopterlə Avstriyanın İnsbruk xəstəxanalarından birinə çatdırılıb. Kliçkonu oradan Almaniyanın Düsseldorf şəhərindəki xəstəxanaya köçürüblər. Dekabrın 3-də Vladimir Kliçko böyük qardaşı Vitali ilə birgə RTL telekanalındakı verilişlərdən birində qonaq olmağa hazırlaşıb. Verilişin başlamasına bir neçə dəqiqə qalmış o, yenidən ağrı hiss edib. Nəticədə Vladimir meneceri Bernd Bente ilə birgə studiyanı tərk edərək, klinikaya yollanıb. Orada müəyyənləşib ki, dalğavari ağrıların səbəbi sidik kanalının şişməsi olub.
Vladimir Kliçkonun fikrincə, bu ağrı uşaq doğulması zamanı hiss ediləndən də güclü olub: “Mənim anamın da böyrəyində daş var idi. O deyirdi ki, övlad dünyaya gətirərkən çəkdiyi bu ağrıdan yaxşı olub. Mən bu iki halı müqayisə edə bilmərəm. Dünyaya uşaq gətirən hər bir qadına dərin hörmətlə yanaşıram. Daşın götürülməsi ilə bağlı əməliyyatı birmənalı qiymətləndirmək olmaz. Bu ağrıları çəkən hər kəs məni anlayar. Onu təsvir etmək çətindir. Son 4 gündə mən cəhənnəmdə idim və şadam ki, hazırda müsahibə vermək iqtidarındayam”.
Məşhur boksçu 2012-ci ilin martında yenidən aktiv şəkildə döyüşmək iqtidarında olduğunu sevinc hissi ilə vurğulayıb.
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi
Türkiyə Fransaya, İtaliya Belçikaya uduzdu
Mikels millidə debütunu qolla qeyd etdi
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı