Ümumdünya Boks Seriyasının (WSB) 4-cü tur matçında ölkəmizin “Baku Fires” və Almaniyanın “Leipzig Leopards” komandaları qarşılaşacaq.
Qol.Az-a “Baku Fires”in mətbuat xidmətindən verilən məlumata görə, klublar hərəyə 9 xal toplayaraq “B” qrupunda ilk iki pillədə qərarlaşırlar.
Görüş 10 dekabr, saat 19:00-da “Sərhədçi” Olimpiya İdman Mərkəzində baş tutacaq.
Komandaların heyətləri artıq məlumdur:
“Baku Fires” – “Leipzig Leopards”
54 kq. Məhəmməd Əbdülhəmidov (Azərbaycan) – Edqar Valt (Almaniya)
61 kq. Semyon Qrivaçyov (Azərbaycan) – Eugen Burxard (Almaniya)
73 kq. Nikolay Veselov (Belarus) – Denis Radovan (Almaniya)
85 kq. Ramazan Məhəmmədov (Azərbaycan) – Kennet İqan (İrlandiya)
+91 kq. Əbdülqədir Abdullayev (Azərbaycan) – Kornelius Şıxan (İrlandiya)
Qeyd edək ki, bu matçda Nikolay Veselov “Baku Fires”in heyətində ilk döyüşünü keçirəcək. Avro-2010-un bürünc mükafatçısının rəqibi gənclər arasında dünya çempionatının medalçısı Denis Radovan olacaq. Digər 4 boksçumuz artıq hərəyə bir döyüş keçirərək qələbə qazanıblar.
“Leipzig Leopards”ın heyətində ən tanınmış boksçu Kennet İqandır. İrlandiyalı Pekin Olimpiadasında gümüş medal qazanıb.
Turnir cədvəli:
1. Leipzig Leopards – 9 xal, döyüşlərin fərqi - 13-2
2. Baku Fires – 9, 11-4
"İmişli" onu da göndərdi
Modriç millidən gedir?
"Sumqayıt"da braziliyalı qapıçı - Rəsmi
Onana daha bir mövsüm "Trabzonspor"da
"Kəpəz" yeni baş məşqçi ilə müqavilə imzaladı
"Əl-Nəsr"in yeni baş məşqçisi açıqlandı
Tunis millisinin 8 futbolçusunun dopinq testi müsbət çıxdı
"Zirə"dən yeni transfer
Yamal: "Qardaşım mənim üçün oğlum kimidir"
Tanınmış futbolçu "Fənərbaxça"da - Rəsmi
“Qarabağ”ın oyununa bilet satışı müvəqqəti dayandırıldı
Ter Ştegenin yeni klubu bilindi
“Araz-Naxçıvan”da yeni məşqçi təyinatı
“Qarabağ”dan bu yayın 7-ci transferi - Rəsmi
Rafinya Norveçlə oyunu buraxacaq
"Bavariya"dan 55 milyon avroluq transfer
“Qarabağ” - “Vestri” oyununun biletləri satışda