"Zekonun "Yuventus"a keçmək niyyəti yoxdur"

"Zekonun "Yuventus"a keçmək niyyəti yoxdur"
XƏBƏR 7 Dekabr 2011 / 19:00 1617
-  A +

"Mançester Siti" klubunun hücumçusu Edin Dzekonun gələn ay "Yuventus"a keçəcəyi iddia olunur.

Qol.Az-ın məlumatına görə, bosniyalı futbolçunun meneceri İrfan Bedzepaqiç yayılan xəbərləri təkzib edib: "Yayılan xəbərlərdən məlumatım var. Ancaq bunların heç biri həqiqəti əks etdirmir. Dzeko İngiltərədə olmaqdan çox məmnundur və "Yuventus"a keçmək niyyəti yoxdur. Tərəflər arasında heç bir danışıq da olmayıb və Dzeko hazırda bütün diqqətini komandasına yönəldib".

Qeyd edək ki, Britaniya mətbuatı "Mançester Siti" klubunun Serxio Aquero və Mario Balotelliyə rəqabətdə uduzan Edin Dzekonu satmaq istədiyini yazır.

Son xəbərlər