"Qalatasaray", yoxsa "Fənərbaxça"?

"Qalatasaray", yoxsa "Fənərbaxça"?
XƏBƏR 7 Dekabr 2011 / 18:20 1786
-  A +

Bu aşxşam Türkiyə Superliqasında XIV turun oyunlarına start veriləcək. Qol.Az-ın məlumatına görə, ilk oyun günündə 3 qarşılaşma keçiriləcək.

Son zamanlar yüksəlişdə olan "Eskişehirspor" klubu öz meydanında "Antalyaspor"la qarşılaşacaq. "Karabükspor" isə doğma azarkeşləri önündə "Qaziantepspor"u qonaq edəcək.

Turun mərkəzi qarşılaşması isə İstanbulda baş tutacaq. Burada iki əzəli rəqib - "Qalatasaray" və "Fənərbaxça" klubları üz-üzə gələcək. Hazırda turnir cədvəlində birinci - ikinci pillələri bölüşən komandaların dueli ölkəmizdə də böyük maraqla gözlənilir.

Qeyd edək ki, "Qalatasaray" - "Fənərbaxça" oyunu Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.   


Son xəbərlər