İsrailin "Makkabi" (Təl-Əviv) klubunun baş məşqçisi Motti İvanir komandadan qovulub.
Qol.Az-ın məlumatına görə, buna komandanın ölkə çempionatı və Avroliqada uğursuz çıxış etməsi səbəb olub.
Klub prezidenti Miç Qoldhar komandanın son zamanlar zəif çıxışı ilə əlaqədar İvanirlə olan müqaviləni qarşılıqlı şəkildə ləğv etdiklərini bildirib. Qoldhar bu mövsüm "Makkabi"yə 35 milyon dollar vəsait xərcləsə də, komandası gözlənilən nəticəni verə bilməyib. Təl-Əviv təmsilçisinin ölkə çempionatı ilə yanaşı, Avroliqada da işləri yaxşı getmir.
Qeyd edək ki, Avroliqada "Beşiktaş"ın da yer aldığı E qrupunda mübarizə aparan "Makkabi" 5 oyundan sonra 1 xalla sonuncu pillədə qərarlaşıb.
"İmişli" onu da göndərdi
Modriç millidən gedir?
"Sumqayıt"da braziliyalı qapıçı - Rəsmi
Onana daha bir mövsüm "Trabzonspor"da
"Kəpəz" yeni baş məşqçi ilə müqavilə imzaladı
"Əl-Nəsr"in yeni baş məşqçisi açıqlandı
Tunis millisinin 8 futbolçusunun dopinq testi müsbət çıxdı
"Zirə"dən yeni transfer
Yamal: "Qardaşım mənim üçün oğlum kimidir"
Tanınmış futbolçu "Fənərbaxça"da - Rəsmi
“Qarabağ”ın oyununa bilet satışı müvəqqəti dayandırıldı
Ter Ştegenin yeni klubu bilindi
“Araz-Naxçıvan”da yeni məşqçi təyinatı