Bolqarıstanın baş naziri Boyko Borisov 2011-ci ildə ölkənin ən yaxşı futbolçusu adından imtina edib.
Qol.Az-ın “Novinite” agentliyinə istinadən verdiyi məlumata görə, Bolqarıstanın III liqasındakı “Vitoşa” klubunda çıxış edən baş nazir azarkeşlər arasında keçirilmiş sorğuda birinci yeri tutub.
O, hətta İngiltərə “Mançester Yunayted”inin hücumçusu Dimitar Berbatovu qabaqlayıb. Lakin Borisov belə səsverməni ölkə futbolundakı böhrana azarkeşlərin etirazı kimi dəyərləndirib. Baş nazir səsvermənin nəticələrinin ləğvini və ya “İlin futbolçusu” tituluna “ən yaxşı gənc oyunçu” nominasiyasının qalibini layiq görməyi təklif edib.
Qeyd edək ki, Boyko Borisov səsvermədə 3501 səs yığıb. Onun ən yaxın izləyicisi Dimitar Berbatov 1955 səs qazana bilib. Sorğuya 20 futbolçu təklif olunub. Azarkeşlərin versiyası üzrə Bolqarıstanın ən yaxşı futbolçusunun mükafatlandırma mərasimi dekabrın 23-də paytaxt Sofiyada baş tutacaq.
"İmişli" onu da göndərdi
Modriç millidən gedir?
"Sumqayıt"da braziliyalı qapıçı - Rəsmi
Onana daha bir mövsüm "Trabzonspor"da
"Kəpəz" yeni baş məşqçi ilə müqavilə imzaladı
"Əl-Nəsr"in yeni baş məşqçisi açıqlandı
Tunis millisinin 8 futbolçusunun dopinq testi müsbət çıxdı
"Zirə"dən yeni transfer
Yamal: "Qardaşım mənim üçün oğlum kimidir"
Tanınmış futbolçu "Fənərbaxça"da - Rəsmi
“Qarabağ”ın oyununa bilet satışı müvəqqəti dayandırıldı
Ter Ştegenin yeni klubu bilindi
“Araz-Naxçıvan”da yeni məşqçi təyinatı