“Xəzər Lənkəran”ın güclü rəqib olduğunu bildiyimizdən oyunun çətin keçəcəyinin fərqində idik. Həmin oyunda “Xəzər Lənkəran”ın qapımız qarşısında real qol imkanları çox az oldu. Müdafiədə diqqətli oynadığımız üçün rəqib daha çox uzaqdan zərbələrlə istəyinə nail olmağa çalışırdı. Biz də yavaş-yavaş tempi aşağı salaraq, üstünlüyü ələ aldıq. Məncə, oyunda qələbə qazanmaq üçün daha istəkli tərəf biz idik”.
Bu sözləri Qol.az-ın müxbiri ilə söhbətində dünən Unibank Premyer Liqasında səfərdə «Xəzər Lənkəran»ı məğlub edən «İnter» klubunun hücumçusu Baçana Sxadadze deyib.
Oyunda yeganə qolun müəllifi olan Sxadadze uğurda təkcə özünün deyil, bütün komandanın əməyi olduğunu söyləyib: «Fikrimcə, biz möhtəşəm oyun sərgiliyirik. Biz həm də çempionatda ən az qol buraxan komandayıq. Hazırda turnir cədvəlində ikinciyik».
Baçana «Xəzər Lənkəran»la oyunun sonlarında azarkeşlərin atdığı daşın atası, «İnter»in baş məşqçisi Kaxaber Sxadadzenin başını yarması epizoduna da toxunub: “Xəzər Lənkəran”a vurduğumuz qoldan sonra hətta yerli azarkeşlər də bizi alqışlayaraq “İnter” şüarı səsləndirirdi. Düşünürəm ki, hansısa bir nəfər ağılsız insana görə bütün Lənkəran azarkeşlərini günahlandırmaq olmaz. O cür mühitdə oynamaq hər zaman futbolçular üçün xoş olur. Mən Lənkəran azarkeşlərinin yerinə olsaydım, daş atanı taparaq özüm cəzalandırardım. İndi bir nəfər adama görə klub və stadion cərimələnə bilər. Həmin an meydanı əvəzlənərək tərk etdiyimdən fikrimi cəmləşdirərək oyunu izləyirdim. Hakim fitini səsləndirdikdən az sonra atamın başını tutaraq meydana qaçmasını gördüm. Başı qan içində, özünü itirmiş vəziyyətdə idi. Bir müddət sonra çətinliklə özünə gəlməyə başladı. Sonra onu mühafizəçilər tez bir zamanda soyunub -geyinmə otağına apardılar. Bir müddət sonra, soyunub-geyinmə otağımıza Zaur Ramazanov yaxınlaşaraq klub rəhbərliyi adından üzr istədi”.
B.Sxadadze deyib ki, atasına əvvəlcə komandanın həkimi ilkin yardım göstərib: “Sonra isə onu xəstəxanaya apardılar. Məncə, stadionda təhlükəsizlik yaxşı təşkil edilsəydi, belə hallar baş verməzdi. Atılan o daşa görə insan ölə də bilərdi. Amma hər şey yaxşı qurtardı. İndi atamın vəziyyəti qənaətbəxşdir. Hazırda ev şəraitində müalicə alır”.
Əli HƏYATİ
Avropanın rəmzi komandasında kimlər var?
Ən yaxşılar bəlli oldu: "Bavariya", "Arsenal"...
"Benfika"dan "Barselona"ya keçidi çətinləşdi
Salah qol vurdu, Misir millisi liderliyə yüksəldi
Levandovski ərəb klubuna gedir?
Fransa millisinin sabiq məşqçisi vəfat etdi
“Beşiktaş” 2 futbolçusunu heyətdən kənarlaşdırdı
"Liverpul" İsakın əvəzləyicisini axtarır
Baş məşqçi klubu tərk etməyə hazırlaşır
Ülvi Babayev klubunu dəyişir
Pelleqrini sıradan çıxdı
Komandası məğlub oldu, özü də ağır cəza aldı
"Real"ın "Santyaqo Bernabeu" ilə bağlı hədəfi
"Roma" yeni stadionunun planını təqdim etdi - Şəkil
AFFA üç klub rəsmisini futboldan uzaqlaşdırdı
Dembele ilin idmançısı seçildi
Sxadadze 4 oyunluq cəzalandırıldı
AFFA bu klubları cərimələdi
Prezident bu idmançılara mənzil hədiyyə etdi
İlham Əliyev ilin idman tədbirində - Yenilənib
“Belə olmaz, yerli məşqçilərə güvənməliyik”
Qurban Qurbanov bu ayrılığa razılıq vermədi
Millimizin sabiq futbolçusu Türkiyədə həbs olundu
Baxşıyev "Araz Naxçıvan"ı təkzib edir - Klubda nə baş verir?
Eks "Qarabağ"lı bu klubun baş məşqçisi oldu
Milli komandada yeni bombardir
"Araz-Naxçıvan" Elmar Baxşıyevi istefaya göndərdi - Rəsmi
İlin ən yaxşı futbol hakiminin adı açıqlandı
Alaba ilə müqavilə uzadılmayacaq
Alonsonun yerinə əsas namizəd odur
İngiltərə Premyer Liqasının ən yaxşı futbolçuları
Keçmiş federasiya prezidenti axtarışa verildi
Premyer Liqada ən çox qol epizodunu onlar yaratdı