"Volqa"nın futbolçusu milli komandamıza dəvət almasından danışdı

"Volqa"nın futbolçusu milli komandamıza dəvət almasından danışdı
XƏBƏR 5 Dekabr 2011 / 12:55 2105
-  A +

“Azərbaycan milli komandasına dəvət aldığım üçün çox şadam. Bu, hələlik toplanışdır. Mən həmişə çalışmışam ki, yaxşı oyunumla məşqçilərin diqqətini cəlb edə bilim”.

Qol.Az-ın məlumatına görə, bu sözləri Azərbaycan milli komandasının seleksiya xarakterli hazırlıq prosesinə dəvət alan Rusiyanın “Volqa” klubunun müdafiəçisi Şamil Qurbanov deyib.

“Əgər məni əsas milliyə dəvət ediblərsə, deməli, bəyəniblər. Toplanışda özümü ən yaxşı tərəfdən göstərməyə çalışacağam. Bundan sonrasını isə zaman göstərəcək” – deyə o bildirib.

Son xəbərlər