“DÇ-2010-un seçmə oyunu çərçivəsində Azərbaycan millisini qəbul edən rusların bəxti gətirdi. Onlar qarşılarında inadkar və mübariz komanda görüncə öz oyunlarını itirdilər. İlk hissədə azərbaycanlıların qapıçısı Fərhad Vəliyevin kobud səhvi olmasaydı, Azərbaycanın Moskvadan xalla dönəcəyini əminliklə demək olardı”. Qol.Az-ın məlumatına görə, bu cümlələr şənbə günü keçirilən seçmə oyunların dəyərləndirməsini aparan Bolqarıstanın “Sport Netİnfo” agentliyinin əməkdaşına məxsusdur. Bolqarıstanlı həmkarımız Fərhadın səhvinin komandamızın futbolçularına psixoloji cəhətdən mənfi təsir göstərdiyini qeyd edib: “Nəticədə 70-ci dəqiqədə Zryanov ikinci qolu vurdu və ruslar rahat nəfəs aldılar”.
Yamaldan növbəti rekord
"O, böyük sərvət xərclənəcək oyunçu deyil"
Osimheni ağladan təsirli koreoqrafiya - Video
"Sabah"dan qol yağışı - Video
Güləşçimiz erməniyə qalib gələrək bürünc medal qazandı