Starkov AZAL-a məğlubiyyətdən danışdı

Starkov AZAL-a məğlubiyyətdən danışdı
XƏBƏR 4 Dekabr 2011 / 22:40 1748
-  A +

“Bu gün baxımlı oyunun şahidi olduq, AZAL da gözəl oyun göstərdi. Biz də hücumda çox oynadıq, bir neçə qol imkanımız oldu, lakin istifadə edə bilmədik”.

Qol.Az-ın məlumatına görə, bu sözləri AZAL-a minimal hesabla məğlub olan “Bakı” klubunun baş məşqçisi Aleksandr Starkov deyib.

Latviyalı mütəxəssis AZAL-ı təbrik edib: “Bəzi hallarda bəxtimiz gətirmədi. Bugünkü oyunda bir neçə futbolçumuz iştirak etmirdi. AZAL komandasını qələbə münasibəti ilə təbrik edirəm”.

Son xəbərlər