Vladislav Qədirov: "Qol imkanlarından istifadə edə bilmədik"

XƏBƏR 4 Dekabr 2011 / 22:30 1276
-  A +

“Hər bir komandaya oyunun ilk dəqiqələrindən ciddi yanaşmaq lazımdır. Qol imkanlarımız oldu, lakin istifadə edə bilmədik. İlk hissədə iki top buraxdıq, fasilədə əvəzetmələr etdik. Bu əvəzetmələr uğurlu alındı. Təəssüf ki, məğlub olduq”.

Qol.Az-ın məlumatına görə, bu sözləri “Kəpəz”ə öz meydanında 1:2 hesabı ilə məğlub olan “Rəvan” klubunun baş məşqçisi Vladislav Qədirov deyib.

Baş məşqçi növbəti matçlara hazırlaşacaqlarını bildirib: “Ayın 10-da bizi daha ciddi rəqiblə - “Bakı” klubu ilə sınaq gözləyir. Bu oyuna hazırlaşacağıq”.

Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner