Mirbağır İsayev: "Çətin oyun olacağını gözləyirdik"

XƏBƏR 4 Dekabr 2011 / 19:50 1878
-  A +

“Çətin oyun olacağını gözləyirdik. Buna görə də oyundan bir neçə gün öncə Bakıya gəldik ki, futbolçular süni ot örtüyünə öyrəşə bilsin. Bu da öz bəhrəsini verdi”.

Qol.Az-ın məlumatına görə, bu sözləri səfərdə “Rəvan”a 2:1 hesabı ilə qalib gələn “Kəpəz” klubunun baş məşqçisi Mirbağır İsayev deyib.

“Oyuna görə komandaya minnətdaram. Verilən bütün tapşırıqları yerinə yetirdilər” – deyə baş məşqçi bildirib.

Son xəbərlər