Mirça Rednik məğlubiyyətə aydınlıq gətirdi

Mirça Rednik məğlubiyyətə aydınlıq gətirdi
XƏBƏR 4 Dekabr 2011 / 19:30 2746
-  A +

“Belə oyunlar qarşılıqlı mübarizədə keçir. “İnter” yaxşı təşkilatlanmış komandadır. Bir çox qol imkanlarından istifadə edə bilmədik. Rəqibin əvəzetməsi də öz nəticəsini verdi. Müdafiəmizin səhvindən sonra qapımızda qol gördük”.

Qol.Az-ın məlumatına görə, bu sözləri “Xəzər Lənkəran” – “İnter” matçından sonra ev sahibi klubun baş məşqçisi Mirça Rednik deyib.

“Əlimizdə olan oyunçularla improvizasiya etməyə məcburam. Üç oyunçumuz dünən əvəzedici heyətdə oynayıb, iki oyunçumuz isə bir aydır ki, zədəlidir” – deyə o bildirib.

Son xəbərlər