"Mançester Yunayted" klubunun baş məşqçisi Ser Aleks Fergüsson komandasının hücumçusu Ueyn Runinin son zamanlar uğursuz çıxışına münasibət bildirib.
Qol.Az-ın məlumatına görə, şotlandiyalı mütəxəssis Runinin yaxın zamanlarda yenidən qolları sıralayacağına inandığını deyib:
"Runi mövsümə çox yaxşı başlamışdı. Lakin sonradan nələr baş verdi, mən də anlamadım. Bununla belə, mənim şübhəm yoxdur ki, Runi yaxın vaxtlarda yenidən qollarını sıralayacaq.
Ola bilsin ki, son turlar bəxt ondan üz döndərib. Ancaq unutmaq lazım deyil ki, Runi "Mançester Yunayted"in əsas parçasıdır. Bütün komanda ona güvənir".
Erve Renar istefa verdi
"İmişli" onu da göndərdi
Modriç millidən gedir?
"Sumqayıt"da braziliyalı qapıçı - Rəsmi
Onana daha bir mövsüm "Trabzonspor"da
"Kəpəz" yeni baş məşqçi ilə müqavilə imzaladı
"Əl-Nəsr"in yeni baş məşqçisi açıqlandı
Tunis millisinin 8 futbolçusunun dopinq testi müsbət çıxdı