İniyesta: "Çempionluq titulumuzu qorumağa çalışacağıq"
İspaniya milli komandasının aparıcı üzvlərindən olan Andres İniyesta AÇ-2012-nin püşkatmasına münasibət bildirib.
Qol.Az-ın məlumatına görə, İniyesta növbəti Avropa çempionatında da titullarını qoruyacaqlarını vurğulayıb:
"Artıq rəqiblərimiz bəllidir. İtaliya, İrlandiya və Xorvatiya. Çətin bir qrupdur. Ancaq yenə də sonadək mübarizə aparacaq və çempionluq titulumuzu qorumağa çalışacağıq".
Qeyd edək ki, İspaniya yığması Avropa çempionatında ilk matçını iyunun 10-da İtaliya millisinə qarşı keçirəcək.
Erve Renar istefa verdi
"İmişli" onu da göndərdi
Modriç millidən gedir?
"Sumqayıt"da braziliyalı qapıçı - Rəsmi
Onana daha bir mövsüm "Trabzonspor"da
"Kəpəz" yeni baş məşqçi ilə müqavilə imzaladı
"Əl-Nəsr"in yeni baş məşqçisi açıqlandı
Tunis millisinin 8 futbolçusunun dopinq testi müsbət çıxdı