"İnter"in kapitanı Vladimir Levin “Turan”la ölkə kubokunun yarımçıq qalan oyunu haqda danışıb. Qol.Az-ın məlumatına görə, klubun rəsmi saytına müsahibə verən müdafiəçi Premyer Liqanın XV turunda sabah “Xəzər Lənkəran”la səfərdə keçirəcəkləri qarşılaşmaya da toxunub:
- Söhbətə “Turan”la oyun barədə başlamaq istərdik. Tovuz komandasına qarşı keçirilmiş görüş haqda nə deyə bilərsən?
- Komanda bu oyuna ciddi hazırlaşmışdı. Biz “Turan”ın bu il heç də yaxşı formada olmadığına diqqət yetirmədik və rəqibin qiymətləndirilməməyinə yol vermədik. Bu qarşılaşmaya köklənmə yüksək səviyyədə idi. Bunu birinci hissədə 2:0 hesablı nəticə də təsdiqlədi. Bizim üçün hər şey kifayət qədər yaxşı alınırdı.
- Bəs, rəqibin oyunu davam etdirməmək istəyini necə qarşıladın?
- Heç bir reaksiya vermədim. Bu, onların işidir, meydançaya çıxıb-çıxmamağı onlar qərarlaşdırmalıdırlar.
- Həmin mübahisəli epizodda topun qapı xəttini tam keçdiyi görünür. Bu epizod barədə nə deyə bilərsən?
- Mən həmin hadisələrin episentrindən uzaqda idim və hətta təkrara baxmadım, buna görə də əminliklə nəyisə təsdiqləyə bilmərəm. Lakin qonaqların qapısına yaxın olanların və tribunadan oyuna baxanların dediklərinə görə, top qapı xəttini keçmişdi.
- Belə də “İnter”i kubokun növbəti mərhələsinə çıxmaq münasibətilə təbrik etmək olar. Ötən mövsüm komanda finaladək irəliləmişdi. Necə düşünürsən, “İnter” bu nəticəni təkrarlaya biləcəkmi?
- Öncədən ehtimal etmək istəmirəm. Hər şeyi zaman göstərəcək. Biz finala çıxmaq və həlledici qarşılaşmada qalib gəlmək üçün əlimizdən gələni edəcəyik.
- Komanda bazar günü çempionatın liderlərindən olan “Xəzər-Lənkəran”ın qonağı olacaq. Bu matça necə hazırlaşırsınız?
- Hazırlıq üçün çox az vaxtımız var. Buna görə də, ondan səmərəli istifadə etmək lazımdır. Düşünürəm ki, görüşün afişası artıq özündə vacibliyi daşıyır. Bundan başqa, qarşıdakı oyun komandaları cəmi 2 xal ayırdığı turnir cədvəli baxımından da çox vacibdir. Bütün oyunlar bizim üçün özünəməxsus şəkildə əhəmiyyətlidir, lakin bu qarşılaşma daha mühümdür. Çox istərdim ki, Lənkərandan müsbət nəticə ilə qayıdaq.
- Lənkəran arenası həmişə dolu tribunalarla və stadionda atmosferlə fərqlənib. Lənkəranlılarla səfərdə oynamaq necə təsir bağışlayır?
- Bu, xüsusi futbol atmosferi hiss edilən səfər oyunlarından biridir. Orada həmişə tribunalar dolu olur, xoşdur ki, xalq futbolu çox sevir. Belə şəraitdə oynamaq çox əladır, axı bu, oyuna köklənmə və adrenalin əlavə edir. Belə matçlar çox olsa yaxşıdır! Lənkərana səfər məndə daha çox müsbət emosiyalar doğurur. Əlbəttə ki, qazonun keyfiyyətinin də bütün tələblərə cavab verməsini istərdim.
- Rəqibin heyətində bir çox fərdi ustalığı ilə seçilən futbolçular var. Onlardan kimi fərqləndirərdin?
- Kimisə fərqləndirmək istəmirəm, axı futbol şahmat və ya tennis deyil. Futbol komanda oyunudur və matçın nəticəsinə görə bütün oyunçular cavabdehdir. “Xəzər-Lənkəran” haqqında onu deyə bilərəm ki, uzun müddət turnir cədvəlində 1-ci yerdə qalıblar, demək, bu, bütün komandanın uğurudur. Bu, ölkənin ən iddialı və ciddi komandalarından biridir.
- “İnter” mövsümə kifayət qədər uğurla başlamadı, ancaq tədricən komandamız oynunu tapdı və artıq ard-arda 11 oyundur məğlubiyyətin nə olduğunu bilmir. Deyə bilərsənmi, belə uğurlu məğlubiyyətsizlik seriyasının sirri nədədir?
- Biz hər oyuna lazımi səviyyədə hazırlaşırıq. Haradasa bəxt kömək edir, axı futbolda bəxt payı olmadan keçinmək olmur. Nəticəyə işimiz, məşqlərimiz də təsir göstərir. Yəqin ki, uğurun sirri də məhz bundadır.
- Turnir cədvəlinə baxan zaman nəzərə çarpır ki, komanda az qol buraxır, ancaq bununla yanaşı, kifayət qədər az da qol vurur...
- Hər oyunda kifayət qədər qol vəziyyəti yaradırıq, amma bizi realizasiya pis vəziyyətdə qoyur. Düşünürəm ki, məşqlərdə bu problem üzərində daha sayıq işləmək lazımdır və o zaman vəziyyət olduqca yaxşılaşacaq. Bundan başqa, bizə yaradılan vəziyyətlərdən daha diqqətli istifadə etmək də lazımdır.
Avropanın rəmzi komandasında kimlər var?
Ən yaxşılar bəlli oldu: "Bavariya", "Arsenal"...
"Benfika"dan "Barselona"ya keçidi çətinləşdi
Salah qol vurdu, Misir millisi liderliyə yüksəldi
Levandovski ərəb klubuna gedir?
Fransa millisinin sabiq məşqçisi vəfat etdi
“Beşiktaş” 2 futbolçusunu heyətdən kənarlaşdırdı
"Liverpul" İsakın əvəzləyicisini axtarır
Baş məşqçi klubu tərk etməyə hazırlaşır
Ülvi Babayev klubunu dəyişir
Pelleqrini sıradan çıxdı
Komandası məğlub oldu, özü də ağır cəza aldı
"Real"ın "Santyaqo Bernabeu" ilə bağlı hədəfi
"Roma" yeni stadionunun planını təqdim etdi - Şəkil
AFFA üç klub rəsmisini futboldan uzaqlaşdırdı
Dembele ilin idmançısı seçildi
Sxadadze 4 oyunluq cəzalandırıldı
AFFA bu klubları cərimələdi
Prezident bu idmançılara mənzil hədiyyə etdi
İlham Əliyev ilin idman tədbirində - Yenilənib
“Belə olmaz, yerli məşqçilərə güvənməliyik”
Qurban Qurbanov bu ayrılığa razılıq vermədi
Millimizin sabiq futbolçusu Türkiyədə həbs olundu
Baxşıyev "Araz Naxçıvan"ı təkzib edir - Klubda nə baş verir?
Eks "Qarabağ"lı bu klubun baş məşqçisi oldu
Milli komandada yeni bombardir
"Araz-Naxçıvan" Elmar Baxşıyevi istefaya göndərdi - Rəsmi
İlin ən yaxşı futbol hakiminin adı açıqlandı