Azərbaycan milli komandasının yarımmüdafiəçisi Amit Quluzadənin şərəfini qoruduğu "Kayseri Erciyesspor" klubu bu gün Türkiyənin Bank Asya liqasında növbəti görüşünə çıxacaq.
Qol.Az-ın məlumatına görə, Kayseri təmsilçisi bu dəfə doğma azarkeşlər önündə "Elazığspor"la qarşılaşacaq.
Hazırda 25 xalla üçüncü pillədə qərarlaşan Amitin komandası rəqibindən 1 xal geri qalır. Bu isə bir daha 6 xallıq əhəmiyyət kəsb edən matçın çox gərgin keçəcəyindən xəbər verir.
Qeyd edək ki, son turlarda əsasən ehtiyatda qalan həmyerlimizin bu dəfə hansı aqibətlə üzləşəcəyi böyük maraq doğurur.
Erve Renar istefa verdi
"İmişli" onu da göndərdi
Modriç millidən gedir?
"Sumqayıt"da braziliyalı qapıçı - Rəsmi
Onana daha bir mövsüm "Trabzonspor"da
"Kəpəz" yeni baş məşqçi ilə müqavilə imzaladı
"Əl-Nəsr"in yeni baş məşqçisi açıqlandı
Tunis millisinin 8 futbolçusunun dopinq testi müsbət çıxdı