"Real" (Madrid) klubunun baş məşqçisi Joze Mourinyo dekabrın 10-da "Barselona" ilə oynayacaqları görüş haqda danışıb.
Qol.Az-ın məlumatına görə, Mourinyo "Barselona" ilə oyunda ən azı 3 xal fərqini qorumaq istədiklərini bildirib:
"Hazırda ikinci pillədə qərarlaşan "Barselona"dan 6 xal yox, 3 xal irəlidəyik. Doğrudur, biz bir oyun az keçirmişik. Bununla belə, faktiki olaraq aramızda 3 xallıq bir fərq var.
Ancaq bu fərq də bizə "Barselona" ilə oyuna rahat çıxmağa imkan verəcək. Bu tip oyunlarda daha diqqətli oynamalıyıq və müdafiədə səhvlər buraxmamalıyıq. Çünki "Barselona" ilə oyunda ən azı 3 xallıq fərqi qorumaq istəyirik".
Qeyd edək ki, "Real" (Madrid) - "Barselona" oyunu dekabrın 10-da Bakı vaxtı ilə saat 01:00-da başlayacaq.
Erve Renar istefa verdi
"İmişli" onu da göndərdi
Modriç millidən gedir?
"Sumqayıt"da braziliyalı qapıçı - Rəsmi
Onana daha bir mövsüm "Trabzonspor"da
"Kəpəz" yeni baş məşqçi ilə müqavilə imzaladı
"Əl-Nəsr"in yeni baş məşqçisi açıqlandı
Tunis millisinin 8 futbolçusunun dopinq testi müsbət çıxdı