Futbol üzrə İngiltərə milli komandasının baş məşqçisi Fabio Kapello 2012-ci il Avropa çempionatından sonra postunda qalmayacaq.
Qol.Az-ın məlumatına görə, bu barədə italiyalı mütəxəssisin özü açıqlama verib. O deyib: "Avropa çempionatından sonra İngiltərə yığmasındakı işimi başa vururam. Qurtardı!
Qarşıdakı qitə çempionatına gəldikdə, 2010-cu il dünya çempionatına yollanarkən, təcrübəli və gənc oyunçularımız arasında böyük uçurum var idi. İndi bu uçurum azalıb və çoxlu istedadlı oyunçular yetişib".
Qeyd edək ki, bu yaxınlarda Fabio Kapellonun Rusiya “Anji”sinə baş məşqçi təyin oluna biləcəyi barədə xəbər yayılıb. Sonradan klub rəsmiləri bu məlumatı təkzib edib.
Erve Renar istefa verdi
"İmişli" onu da göndərdi
Modriç millidən gedir?
"Sumqayıt"da braziliyalı qapıçı - Rəsmi
Onana daha bir mövsüm "Trabzonspor"da
"Kəpəz" yeni baş məşqçi ilə müqavilə imzaladı
"Əl-Nəsr"in yeni baş məşqçisi açıqlandı
Tunis millisinin 8 futbolçusunun dopinq testi müsbət çıxdı